I Avropa Oyunları Azərbaycanın idman iqtisadiyyatını formalaşdırdı

13 İYUL 2015 | VIEWS:

Azərbaycanın ev sahibliyi ilə keçirilən I Avropa Oyunları kimi nüfuzlu beynəlxalq idman yarışı artıq başa çatmışdır. Dünyada beynəlxalq idman yarışlarının təkcə idman tədbirləri olmadıqları, eyni zamanda da önəmli iqtisadi layihələrə çevrildikləri artıq iqtisadi ədəbiyyatlarda da qəbul olunan həqiqətlərdəndir. Bu gün dünya iqtisadçıları tərəfindən idmanın iqtisadi aspektləri geniş tədqiqat obyekti kimi öyrənilir və hətta bu sahə üzrə iqtisad elminin nisbi müstəqil hissəsi kimi “idman iqtisadiyyat”ı (economics of sport) da formalaşmışdır. Bu baxımdan 17 gün ərzində 50 ölkənin 6000-dən çox atletinin 253 dəst medal uğrunda mübarizə apardığı I Avropa Oyunları adlı möhtəşəm idman tədbiri heç şübhəsiz ki, ölkəmiz üçün iqtisadi baxımdan çox böyük bir hadisə kimi də qiymətləndirilə bilər.

İlk öncə qeyd olunmalıdır ki, I Avropa Oyunlarının Azərbaycanda keçirilməsinə qərar verilməsi Avropanın Azərbaycanın iqtisadi potensialına olan inamını, Azərbaycanın bu oyunlarla bağlı zəruri infrastrukturu və şəraiti qısa müddətdə yüksək səviyyədə formalaşdırması isə onun iqtisadi qüdrətini dünyaya göstərmişdir. Heç kimə sirr deyil ki, bu cür möhtəşəm yarışların hansı ölkədə və şəhərdə keçirilməsi ilə bağlı qərar verildikdə, digər parametrlərlə yanaşı, həmçinin də o ölkənin və şəhərin iqtisadi inkişaf səviyyəsi, infrastruktur imkanları, ekoloji vəziyyəti və s. ətraflı şəkildə təhlil edilir. Azərbaycan bu seçimi Avropa Olimpiya Komitəsinin səsvermədə iştirak edən 48 üzv ölkəsindən 38-nin səsini almaqla böyük üstünlüklə qazanaraq, tələb olunan parametrlərə cavab verən ölkə olduğunu bütün dünyaya sübut etmişdir.

Qısamüddətli dövrdə ortaya çıxan iqtisadi faydalar birbaşa ölkədə iqtisadi aktivliyin yüksəlməsi ilə bağlıdır. Belə ki, yarışların keçirilməsi ilə əlaqədar olaraq, ölkədə, xüsusilə də inşaat, nəqliyyat, rabitə, bank, ticarət, turizm, otelçilik və əyləncə sektorlarında iqtisadi aktivlik nəzərəçarpacaq dərəcədə yüksəlmişdir. Bu aktivliyin əsas mənbəyi Avropa oyunları ilə bağlı hüquqi və fiziki şəxslər, o cümlədən də xarici turistlərin həyata keçirdikləri xərclərdir.

Bu istiqamətdəki xərclər əsasən müvafiq idman infrastrukturunun qurulması, açılış və bağlanış mərasimlərinin təşkili və mütəxəssis maaşlarına çəkilmişdir. Fiziki və hüquqi şəxslərin, o cümlədən də xarici turistlərin xərcləri isə biletlərin alışı, sponsorluq edilməsi, yayım hüququnun alınması və müxtəlif xidmət növlərindən istifadəyə çəkilmişdir. İlkin məlumatlara görə, yarışların keçirildiyi dövr ərzində təkcə sponsorluq, bilet və yayım hüquqlarının satışından 15-17 milyon manatlıq vəsait toplanmışdır. Həmçinin Avropa Oyunlarını izləmək üçün Azərbaycana 28 mindən çox xarici turist gəlmişdir ki, bunların da arasında Rusiya, İngiltərə, Almaniya, Hollandiya, İtaliya, İsveçrə, İspaniya, ABŞ və BƏƏ vətəndaşları üstünlük təşkil edir. Beynəlxalq İdman Turizmi Şurasının (STIC) araşdırmalarına görə bir idman turisti otel, bilet və digər ehtiyacları üçün orta hesabla gündə 180 ABŞ dolları xərcləyir. Bu rəqəmi əsas götürsək, onda Avropa Oyunlarını izləmək üçün gələn hər bir turistin Bakıda 2 həftə üçün orta hesabla 2000-3000 ABŞ dolları  pul xərclədiyini iddia etmək mümkündür. Bütün bu xərclər təbii olaraq, ölkə iqtisadiyyatının, xüsusilə yuxarıda qeyd edilən sektorlarında məhsul və xidmət buraxılışının artması və məşğulluğun yüksəlməsi ilə nəticələnmişdir.

Ancaq təcrübə göstərir ki, olimpiya oyunlarına ev sahibliyi etmək istəyən ölkələr bu oyunların iqtisadiyyatda doğurduğu qısamüddətli müsbət təsirlərindən daha çox onun uzunmüddətli və strateji xarakterli faydalarını düşünürlər. Bu isə beynəlxalq olimpiya oyunlarına ev sahibliyinin strateji əhəmiyyətini göstərir. Xüsusilə də, 1984-cü il Los-Anceles, 1992-ci il Barselona və 2008-ci il Pekin olimpiya oyunlarından sonra aparılan elmi tədqiqatlar bu istiqamətdə ciddi nəticələr ortaya qoymuşdur. Bu baxımdan, I Avropa Oyunlarının uzunmüddətli dövrdə ölkə üçün faydaları Bakı və bölgələrin, başda idman olmaqla infrastrukturunun yenilənməsi, bu sahəyə yatırılan investisiyalar, eləcə də ölkənin dünyada geniş şəkildə tanıtımının təmin edilməsi nəticəsində qarşıdakı illər üçün iqtisadi artım, xarici investisiya və xarici turizm potensialının mühüm dərəcədə yüksəlməsi ilə bağlı olacaqdır.

Avropa Oyunları ilə bağlı olaraq, Bakı və rayonlarda dünya standartlarına cavab verən nəhəng idman qurğuları, olimpiya idman kompleksləri tikilmiş, iri miqyaslı şəhər infrastruktur layihələri həyata keçirilmiş və ekoloji tarazlığın təmin edilməsi istiqamətində mühüm layihələr reallaşdırılmışdır ki, bu da ölkənin davamlı inkişafı baxımından mühüm əhəmiyyət daşıyır.

Bu Oyunların Bakıda keçirilməsinin Azərbaycanın, onun iqtisadi və turizm potensialının dünyaya tanıdılması baxımından əhəmiyyəti misilsiz olmuşdur. İlkin məlumatlara görə, 61 kanal vasitəsilə dünyanın 145 ölkəsində 1100 saat yayımlanan Avropa Oyunları təxminən 824 milyon mənzildə izlənmişdir. Bu Oyunların açılış mərasimi isə 120 ölkədə canlı yayımlanmışdır. Həmçinin yarışların keçirildiyi günlərdə ölkənin tanıdılması məqsədilə Bakıda da çoxlu sayda sərgilər təşkil edilmişdir. Bir sözlə, ilk dəfədir ki, iki həftədən çox müddət ərzində Azərbaycan və Bakı dünya gündəminin əsas mövzularından biri olmuş və öz üstün imkanlarını dünyaya tanıtmağa çalışmışdır.  Heç şübhəsiz ki, bu tanıtım gələcəkdə ölkəyə xarici turistlərin və investisiyaların cəlb edilməsi prosesinə öz müsbət təsirini göstərəcəkdir.

Bu gün dünya ölkələrinin iqtisadiyyatları təhlil edildikdə görünür ki, artıq bir çox iqtisadiyyatda əhəmiyyətli mövqeyə malik idman sektoru formalaşmışdır. İdman yarışları, idman müəssisə və təşkilatları, idman mediyası, idman məhsulları, idman texnologiyası, idman marketinqi, idman turizmi kimi elementləri özündə birləşdirən bu sektor həmin ölkələr üçün ənənəvi olmayan ciddi gəlir mənbəyidir. Xüsusilə də idman turizmi bu sektorda daha böyük əhəmiyyət daşıyır. Beynəlxalq İdman Turizmi Şurasının araşdırmasına görə, idman tədbirləri dünya üzrə illik 182 milyard dollarlıq bir dövriyyə formalaşdırır. Eyni zamanda da dünyanın turizmdən əldə etdiyi illik gəlir 476 milyard dollar təşkil edir ki, bunun da 32%-i idman turizminin (təkcə otellər üçün illik 47 milyon gecələmə təmin edir) payına düşür. Bu baxımddan, I Avropa oyunlarından sonra artıq Azərbaycan iqtisadiyyatında da dünya standartlarına uyğun yeni bir qeyri-neft sektoru – idman sektorunun formalaşdığını qeyd etmək mümkündür. Bu sektor hələ uzun müddət Azərbaycanda nüfuzlu idman yarışlarının keçirilməsinə imkan verəcəkdir ki, bu da qarşıdakı illərdə iqtisadiyyatımız üçün yeni gəlir mənbəyi deməkdir. Artıq bu oyunlardan sonra Azərbaycanın əldə etdiyi təcrübə və potensial onu deməyə əsas verir ki, ölkə 2016-cı ildə keçiriləcək Formula-1 yarışları, Dünya Şahmat Olimpiadası, 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunları və UEFA turniri, həmçinin də Avro-2020 final mərhələsinin oyunları üçün tam hazır vəziyyətdədir və bu tədbirlərdən daha böyük iqtisadi fayda əldə etmək imkanına malikdir.

Sevindirici haldır ki, I Avropa Oyunlarının Azərbaycan iqtisadiyyatında doğurduğu və gələcəkdə doğuracağı müsbət iqtisadi effektlər əsasən iqtisadiyyatın iki strateji sahəsi olan qeyri-neft sektoru, kiçik və orta sahibkarlığı əhatə edir.  Bu isə son dövrlər neftin dünya bazar qiymətlərinin aşağı enməsi fonunda öz əhəmiyyətini daha da artırır.

I Avropa Oyunlarını digər beynəlxalq yarışlarla, o cümlədən 2012-ci ildə Londonda keçirilmiş olimpiya oyunları ilə müqayisə etsək görərik ki, hər idmançıya düşən könüllülərin sayına görə bu oyunlar praktik olaraq, yeni rekorda imza atmışdır. Azərbaycan bununla da könüllülük ənənəsinə yeni bir dəyər gətirmiş oldu. Beynəlxalq təşkilatların dəyərləndirmələrinə görə, I Avropa Oyunlarındakı könüllülük fəaliyyəti gələcəkdə digər beynəlxalq yarışların təşkilində faydalı təcrübə kimi istifadə ediləcək. Dünya təcrübəsi göstərir ki, könüllülük ənənəsi olan ölkələrdə insan kapitalının daha yüksək səviyyədə inkişafı müşahidə olunur. İlk Avropa Oyunları bir daha sübut etdi ki, ölkəmizdə “qara qızıl”ın  insan kapitalına çevrilməsi prosesi çox uğurla davam etdirilir. I Avropa Oyunları ölkəmizdə insan kapitalının, həmçinin sosial kapitalın inkişafına təkan vermişdir ki, bu da ölkənin davamlı iqtisadi inkişafı baxımından həlledici əhəmiyyətə malikdir. Bu oyunlar ölkə iqtisadiyyatında, xüsusilə onun idman və turizm sektorlarında çalışanların bilik və bacarığının, peşəkarlıq səviyyələrinin yüksəlməsinə müsbət təsir göstərməklə yanaşı, həmçinin də ortaya çıxardığı böyük könüllülər hərəkatı ilə insan kapitalının inkişafına öz töhfəsini vermişdir. Artıq ölkəmizin əmək bazarında turizm və digər müvafiq sektorlarda fəaliyyət göstərən firmaların könüllülər hərəkatında iştirak edərək təcrübə qazanmış, xarici dil biliklərini inkişaf etdirmiş gənclərə işə qəbul prosesində üstünlük verməyə, həmçinin də onlara iş təklifi etməyə başladıqları da müşahidə olunur. Azərbaycan Dövlət İqtisad Universitetindən də 3000-ə yaxın könüllü tələbələr ölkəmizin xarici vətəndaşlara ən yüksək səviyyədə təqdim olunması işində aktiv iştirak edərək xalqımızı, doğma vətənimizi, o cümlədən təhsil aldıqları universitetlərini layiqincə təmsil etmişlər.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin I Avropa Oyunlarında qalib gələn idmançılar, onların məşqçiləri, Azərbaycanın idman cəmiyyətinin nümayəndələri və oyunların təşkilində xidmətləri olan xarici tərəfdaşlarla görüşündə “Bakı-2015” I Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyeva maraqlı məqama diqqət çəkərək, bildirmişdır ki, 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi və Cənab Prezident İlham Əliyev isə bu  komandanın şərəfli kapitanı. Burada qalib gəlməmək mümkün deyildi.  Hesab edirəm ki, I Avropa oyunları Azərbaycanda xalqın milli birliyinin və milli qürurunun dünyaya nümayişi, həmçinin də dövlət-vətəndaş birliyinin möhkəmlənməsi baxımından da öz müsbət təsirini  göstərdi ki, bu da davamlı iqtisadi inkişafda həlledici amillərdən olan insan kapitalının daha da güclənməsinə xidmət etmişdir.

Ədalət MURADOV,

Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor

“Azərbaycan” qəzeti, 12 iyun

WordPress SEO - eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - betrupi - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno