Rektor Radio UNEC-də ictimaiyyət qarşısına çıxdı

24 YANVAR 2016 | OXUNUB:
1123

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov Radio UNEC-in qonağı olub. İki saat həm radio, həm də rəsmi Youtube kanalı ilə online yayımlanan veriliş ictimaiyyətin böyük marağına səbəb olub.

Veriliş boyu həm canlı telefon bağlantıları vasitəsilə, həm də sosial şəbəkələrdən daxil olan suallar cavablandırılıb.

20-ə yaxın tələbə və valideynin telefon zənginə cavab verən rektor, bütün sualları ətraflı cavablandırıb.

Sosial şəbəkələrdən və Google Form üzərindən 350-ə yaxın sual toplanmış və kateqoriyalara ayrılaraq rektora çatdırılıb. Ə.Muradov efir zamanı bu mənbədən daxil olan bütün sualları ətraflı cavablandırıb.

Əlavə olaraq, imtahan zallarından çıxan tələbələrdən səsyazısı formasında toplanan suallar efirdə səsləndirilib.

Efir zamanı rektoru Radio UNEC-dən 1158 nəfər, Youtube kanalından isə 121 nəfər canlı izləyib. Rektorun müsahibəsinin video-görüntüsünə Youtube kanalında 1982 nəfər baxıb.

1124 1