bank_aydin_fotoi.e.n. Rəfiyev Aydın Ağaəli oğlu

1958-ci il aprelin 29-da Bakı şəhərində anadan olmuşdur.

1975-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) maliyyə-kredit fakültəsinə daxil olmuşdur.

1979-cu ildə həmin institutu bitirmişdir. Həmin il təyinatla Azərbaycan Respublikasının Tikinti bankında baş iqtisadçı vəzifəsində işləmişdir.

1983-1986-cı illərdə Ç.İldırım adına Azərbaycan Politexnik İnstitutunun əyani aspirantura şöbəsində təhsil almışdır.

1988-ci ildə namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi dərəcəsini almışdır.

 

*

1986-1995-ci illərdə Azərbaycan Politexnik İnstitutunun «Sənaye iqtisadiyyatı» kafedrasının assistenti olmuş, sonra baş müəllim vəzifəsində çalışmışdır.

1995-1996-cı illərdə AR Beynəlxalq Bankının «Ticarət» filialında müdir vəzifəsində çalışmışdır.

1996-cı ildə TASİS proqramı çərçivəsində «Kənd təsərrüfatı sahəsində bank işi» kursunu bitirmişdir.
1998-2017-ci illərdə  Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb.

Hazırda UNEC-in “İqtisadiyyat” (rus dilində) kafedrasının müəllimidir.

ELMİ ƏSƏRLƏRİN SİYAHISI