rasimWA0020i.e.d., prof. Nəbiyev Rasim Əmir oğlu

1950-ci il martın 1-də Bakı şəhərində anadan olub.

172 saylı orta məktəbdə və 1 saylı musiqi məktəbində təhsil alıb.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti) bitirib.

1975-ci ildə pedaqoji fəaliyyətinə Bakı Dövlət Universitetində müəllim kimi başlayıb.

Müxtəlif illərdə universitetin Böyük Elmi Şurasının üzvü və fakültə dekanı seçilib, dövlət imtahan komissiyalarında sədr olub. Digər şəhərlərə tələbə qəbulu üzrə komissiyanın məsul katibi, universitet partiya komitəsi nəzarət komissiyasının sədri kimi vəzifələrdə çalışıb.

2004-2009-cu illərdə Ali Attestasiya Komissiyasının iqtisad və hüquq elmləri üzrə Ekspert Şurasının sədri olub.

1998-ci ildən YAP Yasamal rayon təşkilatı idarə heyətinin üzvü və rektoru olduğu ali məktəbin ilk partiya təşkilatının sədri, 2000-ci ildən isə Yasamal Rayon Ziyalılar Cəmiyyətinin rəhbəridir. İqtisad elmləri doktorudur.

2005-ci ildən fəaliyyət göstərən Azərbaycan İctimai-Siyasi Universitetinin rektoru olub. 1990-cı illərdə bu təhsil ocağı BDU-nun nəzdində İctimai Siyasi Kollec olub. Daha sonra isə Ali İctimai-Siyasi Kollec kimi müstəqil ali məktəbə çevrilib.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin  “İqtisadiyyat” kafedrasının professorudur.