mba555

UNEC BİZNES MƏKTƏBİ 

PROQRAM:BİZNESİN İDARƏEDİLMƏSİ (MBA) 

İXTİSASLAŞMA:BANK VƏ SIĞORTANIN İDARƏEDİLMƏSİ

 

İxtisaslaşmanın məqsədi:

Bank və sığortanın idarəedilməsi proqramı magistrantlara bank və sığorta müəssisələrinin rolunun və bank və sığorta əməliyyatlarının əsas mahiyyətinin öyrədilməsi məqsədilə yaradılmışdır. Proqramın geniş tədqiqat təcrübəsi və sənaye əlaqələrinə malik olan yüksək ixtisaslı şəxslər tərəfindən həyata keçirilməsi nəzərdə tutulmuşdur. Magistrantlar təhsil aldıqları dövrdə bank və sığorta xidmətləri sahəsində gələcək karyerada müvvəffəqiyyət əldə etmək üçün əsas olan fundamental bilik və bacarıqları əldə edəcəklər. Nəhayət, magistrantlar UNEC biznes məktəbinin daima artan məzunlar şəbəkəsinə çıxış əldə edəcəklər ki, bu da onların gələcək karyera inkişafına dəstək göstərəcəkdir. Bank və sığortanın idarəedilməsi proqramı magistrantlara maliyyə xidmətləri sahəsində geniş karyera imkanları yaratmaqla magistrantların gələcəkdə professional ixtisas dərəcəsi əldə etməsi üçün əsasdır. İki il ərzində tədris edilən bu əyani proqram maliyyə xidmətləri, investisiya bankçılığı, pərakəndə bankçılıq, sığorta və təkrar sığorta təşkilatları və sığorta fondları (hedge funds) üzrə əməliyyatçı, mütəxəssis, dövlət və özəl sektorda maliyyə təhlili fəaliyyəti göstərmək istəyən magistrantlar üçün planlaşdırılmışdır.

 

MBA proqramının müddəti və ünvanı:

Bank və sığortanın idarəedilməsi ixtisaslaşmasıüzrə təhsil Avropa Kredit Transfer Sisteminə uyğun olaraq 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 60 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­­rə 24 kredit və buraxılış layihəsi üzrə 12 kredit ol­maq­la, cəmi 96  kreditlə tamam­lanır.

Bu ixtisas üzrə kreditlər ABŞ Kredit Sisteminə ekvivalent olaraq hesablandıqda isə təhsil 4 semestr (2 il) ərzində 10 ümumi fənn üzrə 30 kre­dit, 4 seç­mə (ix­ti­sas) fənn üz­­rə 12 kredit və buraxılış layihəsi üzrə 6 kredit ol­maq­la, cəmi 48 kreditlə tamam­lanır.

Dərslər payız, yaz və yay semestrlərində həftədə ikidəfə olmaqla, Bakı şəhəri, İstiqlaliyyət küçəsi 6, AZ1001 ünvanında keçirilir.Əlaqə: e-mail: [email protected], tel/fax +99412 4976267

 

MBA proqramına qəbul şərtləri:

Əsas təhsili iqtisadiyyat sahəsinə aid olan və olmayan ixtisaslar üzrə bakalavr də­rə­cəsi almış namizədlər DİM (Dövlət İmtahan Mərkəzi) qəbul imtaha­nın­dan uğurla keç­mək­lə MBA proqramına qəbul olunurlar.

 

MBA proqramında tədris metodlarının üstünlükləri:

Bu proqram ali təhsilli ixtisaslı mütəxəssislərə öz rəhbərlik keyfiyyətinin yük­səl­dilməsinə, sistemli bilik, bacarıq və işgüzar idarəetmə vərdişlərinin mənimsənilməsinə və peşəkarlıq sə­viy­yəsinin da­vam­lı olaraq artırılmasınıa müasir biznes informa­si­ya­sı­nın araşdırılmasına, ana­litik dü­şün­mə və qərarvermə qabiliyyətinın inkişafına, biznes eti­ka­sı, təqdimat qabiliyyəti, vax­tın ida­rə­edil­məsi və sa­hib­­karlıq məntiqinin for­ma­laşdırılmasına şərait yaradır. Proqram ma­gistrant­ları cə­miyyət, müəs­­sisə və təşkilatların idarə olunmasında məsul vəzifələr tutmağa hazırlayır. Nəzəri və praktik məlu­mat­­larla yanaşı, proqramda nümunə kimi konkret biznes halları (case study) mü­­za­kirə edi­lir, rol oy­nama, biznes oyunu, müxtəlif ssenarialarıntəqdimatları, qrup və la­yi­­hə ça­lış­maları həyata keçirilir və bu zaman müasir tədris me­tod və texnologiyalarından istifadə edilir. Proqram ict­i­mai əhəmiyyətli qeyri-hökumət, qeyri-dövlət və kommersiya yönüm­lü təş­­ki­lat­larda struk­tur və fəaliyyət sahəsinə təsir edəcək dəyişikliklərin çevik ida­rə­edil­mə­si, qanun­ve­ri­­cilikdə və biznes mühitində yeni meyil­lərin öncədən (proaktiv) araşdırıl­ma­sı vərdişlərini aşı­layır. Magistrantın fənni mənimsəməsi həf­tə­­lik və yarım semestrlik testlər (quiz), dərs­də iştirak səviy­yə­si, ev tap­şı­rıq­ları və kumulativ (semestr imta­hanı) imta­han əsasında (test və yazılı forma­da açıq sual­lar­dan ibarət olmaqla) qiymətlən­dir­ilir.

 

MBA proqramında tədris kadrları:

Proqram UNEC-in müəl­limləri ilə yanaşı, digər ali təhsil müəssisələrinin professor-müəllim heyə­ti, ölkə­də fəaliyyət göstərən yerli və xarici təşkilatlarda məsul vəzifədə çalışan rəhbər şəxslər, peşə­kar menecerlər və müqavilə əsasında dünyanın aparıcı təhsil müəssisələrindən dəvət edilmiş profes­sor-müəllim heyətinin elmi bilik və praktik potensialından faydalanır.

 

Diplom:

Təhsilini tamamlamış magis­tr­ öz ixtisası üzrə magistr elmi-ixtisas də­rəcəsi və diplomu ilə təltif olu­nur və ona bu dərəcəyə uyğun olan hüquq və imtiyazlar verilir.

 

Qiymətli kağızlar ixtisası üzrə keçirilən fənlər:

 

Birinci semestr:

 

SMO 652                    Liderlik və təşkilati davranış

MGTSC 501               Biznes statistikası

ECON 503                 Menecment iqtisadiyyatı

ACCTG 503               Maliyyə uçotu(F3)

 

İkinci semestr:

SMO 502                    Strategiya, təşkilat və innovasiya

FIN 502                      Korporativ maliyyə

MARK 502                Marketinq strategiyası

ACCTG502                İdarəetmə uçotu (F2)

 

Üçüncü semestr:

OM 502                      Əməliyyatlar menecmenti

BLAW 642                Biznes hüququ (F4)

 

 

Dördüncü semestr – 4 əsas seçmə fənn

FIN 610                      Bank menecmenti

FIN 632                      Bank və sığorta təşkilatları üzrə risklərin idarəedilməsi

FIN 651                      Sığortanın  idarəedilməsi

FIN 622                      Qlobal bankçılıq və kapital bazarları

FIN 644                      Beynəlxalq maliyyə

FIN 614                      Sərmayələr

FIN 634                      Opsionlar və maliyyə derivativləri

FIN 645                      Maliyyə risklərinin idarə edilməsi

FIN 631                      Pərakəndə və İnvestisiya bankçılığın idarəedilməsi

FIN 551                      Depozitlərin qiymətləndirilməsi

FIN 561                      Kreditlərin qiymətləndirilməsi

FIN  605                     Bank qiymətləndirilməsinin  fundamental modeli

MARK 611                İstehlakçı dəyəri üçün marketinq

FIN 640                      Biznesin sığortalanması

BLAW 615                Bank və sığorta hüququ

BLAW 631                 Menecmentin hüquqi aspektləri

SMO 634                    Texnologiya və qlobal rəqabət

RES 620                     Qərarqəbuletmədə tədqiqat metodları

MIS 521                     İdarəetmənin informasiya sistemləri

HRM 602                   Beynəlxalq biznes etikası və korporativ idarəetmə

Buraxılış layihəsi (Capstone paper) – ixtisas sahəsinə aid olan aktual məsələlər üzrə

6294 1