qida_afilabio.e.n. dos. Qurbanova Afilə Alı qızı

01 may 1954-cü ildə Beyləqan  rayonunun Şahsevan kəndində anadan olmuşdur.

1979-cu ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunu  bitirmişdir. Bakı Dövlət Universitetinin dissertantı olmuş, 2007-ci ildə «Çörək-bulka məmulatlarının mikrobioloji davamlılığının tədqiqi» mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir.  AR Prezidenti yanında Ali Attestasiya Kom-nın 24   iyun 2008-ci il tarixli qərarı ilə ona biologiya elmləri namizədi alimlik dərəcəsi  verilmişdir.

Müxtəlif illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunda, Bakı Dövlət Əmtəəşünaslıq İnstitutunda laborant, müəllim, baş müəllim  vəzifələrində işləmişdir.

1995-ci ildən Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitutunun «Qida məhsullarının texnologiyası» kafedrasında assistent, baş müəllim vəzifələrində işləyib.
2000-ci ildən 2020-ci ilə kimi Azərbaycan Dövlət İqtisad Universitetinin «Qida məhsullarının texnologiyası» kafedrasının bаş müəllimi olub.

Hazırda UNEC-in “Mühəndislik və tətbiqi elmlər” kafedrasının dosentidir.

2014-cü ilin fevralından «Qida məhsullarının texnologiyası» kafedrasının dosentidir.

 

 

*

2003-cü ildə həmmüəllifliyi ilə Azərbaycanda ilk dəfə yazılmış «Qida fiziologiyası» dərsliyi Azərbaycan Dövlət İqtisad Universitetinin rəhbərlyi tərəfindən mükafata layiq görülmüşdür.

“Mikrobiologiya, sanitariya və gigiyena” dərsliyinin, “Azərbaycan çörəyi” monoqrafiyasının, “Şərabın texnologiyası və ekspertizası” dərs vəsaitinin müəllifidir. «Unlu bulka və kulinar məmulatları üçün mayalı xəmirin istehsal üsulu» adlı patentin müəlliflərindən biridir.

Respublikada keçirilən konfranslarda, eləcə də Beynəlxalq konfranslarda elmi məruzələrlə çıxış etmişdir.
Moskvada, Moqilyevdə və Kiyevdə elmi məqalələri nəşr olunmuşdur.
50-dən çox  tezisi, elmi məqaləsi, o cümlədən  metodik göstəriş və proqramları dərc olunmuşdur.

 

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI

afila11_5805ofaaIMG-20151214-WA0016ofaMG-20151214-WA0020IMG-20170717-WA0014