???????????????????????????????b/m. Əkbərov Elbrus Həsən oğlu

1974-cü ildə anadan olmuşdur.

1997-ci ildə Bakı Dövlət Əmtəəşünaslıq-Kommersiya İnstitunun “Qeyri Ərzaq Malları Əmtəəşünaslığı” ixtisasının bakalavr, 1999-cu ildə isə həmin ixtisasın magistr pilləsini fərqlənmə diplomu ilə bitirmişdir.

1999-cu ildən əmək fəaliyyətinə həmin institutda  laborant kimi başlamış, 2001-ci ildən isə Azərbaycan Dövlət İqtisad Universitetinin “Kommersiya” kafedrasına müəllim vəzifəsinə keçirilmişdir.
2004-cü ildən “Marketinq” kafedrasında çalışıb. Hazırda Biznesin idarəedilməsi kafedrasının baş müəllimidir. Tədris etdiyi fənnlər: Bakalavr pilləsində:  “Marketinq”

*
2015-2016-cı illərdə Kommersiya fakültəsinin dekan müavini vəzifəsində işləyib.

Hazırda Biznes və menecment fakültəsinin dekan müavinidir.

25-ə qədər elmi əsərin müəllifidir.

Ailəlidir. İki övladı var.