aliyeva_rena_fotoƏliyeva Rəna Əsəd qızı

1938-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.

1955-ci ildə 132 №-li orta məktəbi medalla bitirib S.M. Kirov adına Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Kimya fakültəsinə daxil olmuşdur.

1960-cı ildə universiteti bitirib həmin ali məktəbin “Fiziki-kimya” kafedrasında əvvəlcə baş laborant, sonra assistent  kimi 1966-cı ilə qədər fəaliyyət göstərmişdir.

1966-cı ildən D.Bünyadzadə adına XMƏİ-nun “Ümumi kimya” kafedrasında assistent;
1982-ci ildən baş müəllim vəzifəsində çalışmışdır.

 

*

2000-2012-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin “Fizika və kimya” kafedrasında  baş müəllim kimi fəaliyyət göstərmişdir.

Hazırda “Fizika və kimya” kafedrasının baş müəllim-məsləhətçisidir.

40-a yaxın elmi məqalə və tezislərin, tədris-metodiki materialların müəllifidir.

İki  övladı və bir nəvəsi var.

*
ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI