kubrafil.e.n.,  dos. Quliyeva Kübra Fərrux qızı

1954-cü ildə Bakıda anadan olub.

1972-ci ildə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk filologiyası bölməsınə qəbul olunub;
1977-ci ildə həmin universiteti bitirib.

1981-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunda kiçik laborant vəzifəsində işə başlamışdır.

 

*

1989-cu ildə namizədlik dissertasiyasını müvəffəqiyyətlə müdafiə edib,
filologiya elmləri namizədi elmi adını almışdır.

Hazırda Azərbaycan Dövlət İqtisad Universitetinin “Azərbaycan dili” kafedrasının dosentidir.

3 proqramı, 5 dərs vəsaiti, 2 monoqrafiyası çap olunub.
Müxtəlif elmi jurnallarda 65-dən çox elmi məqaləsi çap olunub.