Futzalın qalibi bəlli oldu

30 MART 2015 | VIEWS:
1629

Azərbaycan Dövlət İqtisad Universitetinin Tələbə Həmkarlar İttifaqi Komitəsinin təşkil etdiyi fakültələrarası futzal yarışı başa çatdı. Martın 27-də keçirilən final oyununda Maliyyə və Beynəlxalq İqtisadi Münasibətlər fakültələrinin komandaları qarşılaşıblar. Oyun 5:2 hesabı ilə Maliyyə komandasının qələbəsi ilə başa çatıb. Qalib komandaya kubok, diplom və mükafatlar təqdim olunub.

1630 1