Hacettepe Universiteti UNEC-i seçir

21 MART 2017 | VIEWS:
1390

IMG-20170321-WA0015Martın 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Ədalət Muradov Türkiyənin nüfuzlu universitetlərindən biri olan Hacettepe universitetinin rektoru, professor Haluk Özenlə görüşmüşdür. Görüş zamanı hər iki universitetdə təhsilin keyfiyyətinin artırılması yolları, müasir şəraitdə universitet təhsilinə dəyişən və artan tələblər, dünya təhsil sisteminə inteqrasiya imkanları müzakirə edilmişdir. Rektor Ə.Muradov son illər ərzində UNEC-də həyata keçirilən islahatlar, ən müasir təhsil modellərinin Azərbaycana gətirilməsinin prioritet olduğuna və dünyanin bir sıra nüfuzlu universitetlərilə, o cümlədən Fransanın Monpelye, Litvanin Mikolas Romeyris, Almaniyanin Zigen və s. universitetlərilə uğurlu əməkdaşlığa dair ətraflı məlumat vermişdir. Nüfuzlu beynəlxalq QS Reytinqinə əsasən UNEC-in inkişaf edən Şərqi Avropa və Mərkəzi Asiyada ən yaxşı 4-cü iqtisad universiteti olduğu vurğulanmışdır.
Hacettepe Universitetinin rektoru, prof. Haluk Özen UNEC-lə əməkdaşlığa xüsusi önəm verdiyini bildirmiş və yekunda UNEC və Hacettepe universitetleri arasında geniş əməkdaşlığı nəzərdə tutan müqavilə imzalanmışdır.

1391 1