in2_allazov_qazanfari.e.n., dos. Allazov Qəzənfər Sehvəddin oğlu

15.02.1949-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Kolayır kəndində anadan olmuşdur.

1970-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmiş və həmin ildə təyinatla Azərbaycan Respublikasının Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndərilmiş, 1983-cü ilə kimi orada müxtəlif vəzifələrdə (baş laborant, kiçik və baş elmi işçi) işləmişdir.

1975-1978-ci illərdə Azərbaycan Respublikasının EA-nın İqtisadiyyat İnstitutunun əyani aspirantı olmuşdur.

1981-ci ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1983-cü ildən Azərbaycan Dövlət İqtisad Universitetində müxtəlif vəzifələrdə işləmişdir.

Hazırda “İqtisadiyyat” kafedrasının dosentidir.

300-dən artıq elmi-metodiki əsərin müəllifidir.

Ailəlidir, iki övladı və bir nəvəsi var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI