tic_elmira_fotoi.e.n., dos.  Bayramova Elmira Mustafa qızı

1944-cü il iyulun 6-da Bakı şəhərində anadan olmuşdur.

1965-ci ildə  S.M.Kirov adına Azərbaycan Dövlət Universitetinin Əmtəəşünaslıq ixtisasını bitirmişdir.

1967-1970-ci illərdə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun aspiranturasının əyani şöbsəsində təhsil almışdır.

1972-ci ildə iqtisad elmləri üzrə namizədlik dissertasiyasını müdafiə etmişdir.

 

*

1973-cü ildən «Ticarətin təşkili və texnikası» kafedrasında baş müəllim işləmişdir.

1983-cü ildə dosent elmi adı verilmişdır.

1992-2000-ci illərdə  «Marketinq» kafedrasında işləmişdir.

2005-ci ildən  «Ticarət», “Ticarət və gömrük işinin təşkili” kafedralarınn müəllimi, dosenti olub.

50-dən çox fənn proqramı,  metodiki dərs vəsaiti,  dərsliyi, elmi məqalələri çapdan çıxmışdır.