ekon_alxan_fotoi.e.n., dos. Əliyev Alxan Hümbət oğlu

1949-cu ildə Gürcüstan Respublikasının Bolnisi rayonunun Muğanlı (indiki Farizi) kəndində müəllim ailəsində anadan olmuşdur.

1966-cı ildə məktəbi qizil medalla bitirmişdir və həmin ildə əla qiymətlərlə Bakı Dövlət Universitetinə daxil olmuşdur.

1971-ci ildə mexanika-riyaziyyat fakultəsini  – riyaziyyat müəllimi, riyaziyyatın iqtisadiyyatda tətbiqçisi ixtisası üzrə bitirmişdir.

1972-1975-ci illərdə Azərbaycan Xaiq Təsərrüfatı İnstitutunda aspiranturada oxumuşdur.

1976-cı ildə iqtisad eimləri namizədi alimlik dərəcəsi almışdır.

 

 

*

Hazırda UNEC-in “Statistika və ekonometrika” kafedrasının dosentidir.

1997-ci ildə Avropa Birliyi ölkələrinin TASİS proqramı çərçivəsidə Hollandiyanın Amsterdam Universitetində stajkeçmə proqramının iştirakçısı olmuşdur. “Biznes inzibatçılığında magistr (BİM)” proqramının tədrisi ilə əlaqədar “İşgüzar ingilis dili” və “Kəmiyyət təhlili üsulları” üzrə sertifikatlar almışdır.

50-dən çox elmi-tədqiqat, tədris-metodik göstərişlər, tədris və dərs vəsaitlərinin müəllifidir. Elmi məruzələrlə respublikada və xaricdə keçirilən müxtəlif eimi-praktiki konfranslarda çıxışlar etmişdir.

Evlidir, iki övladı var.