infor_vaqif3_fotoi.e.n., dos. İbrahimov Vaqif Şahnəzər oğlu

e-mail: [email protected]

1946-cı il sentyabr ayının 20 -də Xaçmaz rayonunun Xudat kəndində anadan olmuşdur.

1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı
Dövlət Universiteti) İqtisadiyyat fakultəsinə daxil olmuş;
1970-ci ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universiteti)  fərqlənmə diplomu ilə bitirmişdir.

1971-ci ildə Azərbaycan EA Kibernetika İnstitutunun İxtisaslaşdırılmış Şurasında Dissertasiya müdafiə edərək, iqtisad elmləri namizədi alimlik dərəcəsi almışdır.

1970-ci ildən Azərbaycan Dövlət İqtisad Universitetində müəllim, baş müəllim, dosent işləmişdir. 2001-2009-cu illərdə İnformatika və İdarəetmə fakultəsinin dekanı, 2009-cu ildən dekan müavini vəzifəsində çalışıb.
08.10.2020-ci il tarixə kimi  UNEC-in Biznes və menecment fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

40-dan çox elmi məqalənin, dərslik və dərs vəsaitlərinin müəllifidir.

Ailəlidir, üç övladı var.