in2_mammadov_akifi.e.n., dos. Məmmədov Akif Bəylər oğlu

20.05.1951-ci ildə Azərbaycan Respublikasının Ucar rayonunda anadan olmuşdur.

1971-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunu (indiki Azərbaycan Dövlət İqtisad Universitetini) bitirmişdir.

1971-1976-cı illərdə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun qiyabi aspirantı olmuşdur.

1972-1973-cü illərdə hərbi xidmətdə olmuşdur.

1973-1995-ci illərdə Moskva Kooperativ İnstitutunun Bakı filialında (indiki Azərbaycan Kooperasiya Universiteti) laborant, assistent, dosent, dekan vəzifələrində işləmişdir.

 

 

 

*

1982-ci ildə Azərbaycan Respublikası EA-nın İqtisadiyyat İnstitutunda namizədlik dissertasiyasını müdafiə etmişdir. İqtisad elmləri namizədidir.

1996-cı ildən Azərbaycan Dövlət İqtisad Universitetində dosent, dekan müavini vəzifələri tutmuşdur.

Hazırda “Nəzəri və praktiki iqtisadiyyat” kafedrasının dosentidir.

30-a qədər elmi-metodik əsərin müəllifidir.

Evlidir. İki övladı və nəvələri var.

ELMİ ƏSƏRLƏRİNİN SİYAHISI