tahlil_cingiz_fotoi.e.n., dos. Yüzbaşev Çingiz Rüstəm oğlu

17 fevral 1943-cü  ildə Gəncə şəhərində anadan olmuşdur.

1950-1961-ci illərda 24 N-li orta məktəbdə oxumuşdur.

1961-1966-cı illərdə Azərbaycan Dövlət Kənd Təsərrüfatı İnstitutunda təhsil almışdır.

1966-cı ildən Azərbaycan Kənd Təsərrüfatının İqtisadiyatı elmi-tədqiqat institutunda  işləmişdir.

1969-cu ildə əyani aspiranturaya daxil olmuş və Moskva şəhərindəki Ümumiittifaq kənd təsərrüfatının iqtisadiyyatı elmi-tədqiqat institutuna göndərilmişdir. 1972-ci ildə “Əkin sahəçiliyi üçün əsas işlərin mexanikləşdirilməsi üsullarının və traktor parkının optimal tərkibinin iqtisadi əsaslandırılması” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi elmi adına layiq görülmüşdür.

1972-ci ildən Azərbaycan kənd təsərrüfatının iqtisadiyyatı elmi-tədqiqat institutunda baş elmi işçi, elmi katib, şöbə rəisi vəzifələrində çalışmışdır.

 

*
1981-ci ildə Azərbaycan Dövlət Plan Komitəsində şöbə rəisi vəzifəsinə təyin edilmişdir.

1983-cü ildə İqtisad Universitetinə müsabiqə yolu ilə baş müəllim vəzifəsinə keçmişdir.

Hazırda “İqtisadi təhlil və audit” kafedrasının dosentidir.

70-dən çox elmi-metodiki əsərlərin müəllifidir. Ali təhsil müəssisələri üçün nəzərdə tutulmuş bir neçə dərsliyin (“İqtisadi analiz”, “İdarəedilmə analizi”, “İqtisadi analiz nəzəriyyəsi”) müəllifidir.

Ailəlidir, üç övladı, bir nəvəsi var.

kas88az