sabina11i.f.d., b/m. Vəliyeva Səbinə İzzət qızı

9 may 1977-ci ildə Bakı şəhərində anadan olmuşdur.

1994-1998-ci illərdə Azərbaycan Texniki Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakultəsində oxumuş və bakalavr dərəcəsini almışdır.

1998-2000-ci illərdə həmin Universitetdə magistratura  pilləsində (İstehsal və xidmət sahələrinin iqtissadiyyati və idarə edilməsi ixtisası üzrə) “Xarici sərmayənin iqtisadi inkişafla əlaqəsi”  mövzusunda dissertasiya işini müdafiyə etmiş və magistr  dərəcəsini almışdır.

 

*

2000-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin «Müəssisənin iqtisadiyatı» kafedrasına dissertant təsdiq edilib. 2008-ci ildə 08.00.05 – “Xalq təsərrüfatının iqtisadiyyatı və idarə edilməsi” (makroiqtisadiyyat) ixtisası üzrə “İnnovasiyanın iqtisadi və sosial səmərəli­liyinin qiymətləndirilməsinin metodiki məsələləri” (maşınqayırma sənayesi­nin timsalın­da) mövzusunda dissertasiya işini müdafiyə etmişdir. 2010-cı ildə iqtisad  üzrə fəlsəfə doktoru dərəcəsi verilmişdir.

2007-ci ildən  “Müəssisənin iqtisadiyyatı” kafedrasının müəllim vəzifəsində çalışıb.

Hazırda “Müəssisənin iqtisadiyyatı” kafedrasının baş müəllimidir.

4,5 çap vərəqəsi həçmində 18 elmi əsərin müəllifidir