huquq_firuza_fotoMuxtarova Firuzə Abuzər qızı

29 may 1978-ci ildə Gürcüstan Respublikasının Qardobani rayonunda anadan olmuşdur.

1985-1995-ci illərdə Bakı şəhəri 283 saylı orta məktəbdə təhsil almışdır.

1995-ci ildə Qərb Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsi fakultəsinə daxil olmuş;
1999-cu ildə təhsilini başa vuraraq bakalavr dərəcəsi almışdır.

 

 

2002-2005-ci illərdə «İqtisadi nəzəriyyə» ixtisası üzrə Azərbaycan Dövlət İqtisad Universitetinin  magistratura pilləsini bitirmişdir.

2000-2005-ci illərdə İqtisad Universitetinin «İqtisadi nəzəriyyə» kafedrasında baş laborant;
2005-ci ilədən 2009-cu ilə qədər isə həmin kafedranın müəllimi vəzifəsində çalışmışdır.

2009-cu ildən  İqtisad Universitetinin «İqtisadi hüquq» kafedrasının müəllimi vəzifəsində çalışır.

6 elmi məqalənin müəllifidir.

Ailəlidir, 1 övladı var.