UNEC KİM-İN 24/7 KİTABXANASI

UNEC 4 saylı oxu zalı fəaliyyətinə 2001-ci ildən başlamışdır. 4 saylı tədris binasında 2 fakültə – Biznes və Menecment, Türk dünyası İqisad fakultəsi  və Magistratura şöbəsi fəaliyyət göstərir.

2018-ci il ərzində 2000-ə yaxın oxucuya tədris, elmi-metodiki ədəbiyyatla, eləcə də elektron nəşrlərlə xidmət olunmuşdur.

*

Kitabxanada Azərbaycan, türk, rus və ingilis dillərində  dərslik, dərs vəsaitləri, metodik göstərişlər və s. əldə etmək olar. Mütəmadi olaraq oxucular dövri mətbuatla- Azərbaycan, Respublika, Xalq, Yeni Azərbaycan, Səs, İki sahil, Bakinskiy raboçiy, Kaspi qəzetləri, UNEC-ekspert, Tarih və s jurnallarla tanış olurlar.

2019-cu ilin sentyabr ayının 16-dan etibarən kitabxananın iş qrafiki dəyişmişdir. Belə   ki, kitabaxana  səhər saat 9.00-dan axşam saat 22.00-a dək oxucuların xıdmətindədir

Ümumilikdə, 2018-ci ildə fondun ümumi sayı 4108 nüsxə olmuşdur.