UNEC tələbələri beynəlxalq olimpiadada qalib gəliblər

30 MAY 2017 | VIEWS:
2194

???????????????????????????????UNEC tələbələri Moskva şəhərində Plexanov adına Rusiya İqtisad Universitetində keçirilən Statistika üzrə beynəlxalq olimpiadanın final mərhələsində iştirak ediblər.

Beş gün davam edən olimpiadada UNEC-i Beynəlxalq İqtisadiyyat Məktəbinin tələbəsi Nurlan Zeynallı, Rus İqtisadiyyat Məktəbinin tələbələri Maya İsmayılova və Kənan Qırxıyev təmsil ediblər. UNEC komandasına “Statistika” kafedrasının dosenti Vüsalə Teymurova rəhbərlik edib. V.Teymurova olimpiadada iştirak etmək üçün statistik-analitik düşüncəsi və statistik məlumatları düzgün təhlil bacarığı ilə fərqlənən tələbələr arasından seçim edib. Seçilən tələbələr olimpiadanın birinci mərhələsində fəallıq göstərərək, 89 universitet arasından final mərhələsinə vəsiqə qazanıblar.

UNEC komandası olimpiadanın sonuncu mərhələsində öz fəallıqları isə seçilərək, “за профессиональный прорыв” nominasiyası üzrə qalib gəliblər. Fərdi iştirakçılar arasında isə Maya İsmayılova fərqlənərək, “за упорство и настойчивость” nominasiyası üzrə qalib seçilib.

UNEC komandasınin olimpiadada fəal iştirakına görə statistika üzrə Beynəlxalq olimpiadanın təşkilatçıları – Rusiya Federasiyasi Statistika xidmətinin rəhbəri A.E.Surinov və Plexanov adına Rusiya İqtisad Universitetinin rektoru V.İ.Qrişinin adından UNEC rektoru, professor Ədalət Muradovun adına təşəkkür məktubu göndərilib.

 

 

2195 1