UNEC tələbələrinin elmə marağı artır

21 DEKABR 2015 | VIEWS:
2651

Dekabrın 21-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Beynəlxalq iqtisadiyyat kafedrasının gənc müəllimləri, Tələbə Elmi Cəmiyyəti və Tələbə Araşdırma Mərkəzinin birgə təşkil etdiyi “İqtisadi inkişaf qlobal gərginliyinin artması şəraitində” mövzusunda tələbə – elmi konfransı keçirilib.

Beynəlxalq İqitisadi Münasibətlər fakültəsinin dekanı Mənsur Bərxudarov fakültədə tələbə-elmi konfransların mütəmadi olaraq, ildə iki dəfə keçirildiyini və artıq xoş bir ənənə, elmlə maraqlanan tələbələr üçün bayram şəklini aldığını bildirib. Elmi konfransın sonunda ən maraqlı məruzələrin mükafatlandıracağını, ümumən tədbirin isə tələbələrin istedadlarından qaynaqlanan bədii gecə ilə tamamlanacağı barədə məlumat verib.

Rektor, professor Ədalət Muradovun adından çıxış edən rektorun müşaviri Elşən Bağırzadə konfrans mövzusunun aktuallıq kəsb etdiyini və iqtisadi proseslərin sürətlə inkişaf etdiyini bildirib. Manatın məzənnəsinə dair son dəyişiklikləri şərh edən E.Bağırzadə bu prosesin obyektiv iqtisadi səbəblərini açıqlayıb, müsbət və mənfi tərəflərini dəyərləndirıb, bu amildə müasir beynəlxalq siyasi amillərin roluna nəzər salıb.

Elmi konfrans tələbələrin məruzələri ilə davam edib. Konfransın gün ərzində bölmə iclaslarında davam etdirilməsi nəzərdə tutulub. Günün sonunda yekun nəticələr müəyyənləşdiriləcək.

2652 1