UNEC tələbəsi beynəlxalq tədbirdə Azərbaycanı təmsil edib

Gürcüstan Respublikasının Gənclər və İdman Nazirliyi “İncəsənətlə birləşən gənclər” (Connecting Youth Through Art: EU-EaP Summer Camp 2017) layihəsini həyata keçirib.

Avropa Birliyinin maliyyələşdirdiyi və Şərq tərəfdaşlığı ölkələrinin iştirak etdiyi layihədə müxtəlif ölkələrin mədəniyyət nümunələri – milli yeməkləri, rəqsləri və s. nümayiş olunub. Ümumilikdə 10 ölkədən 100-ə yaxın gəncin iştirak etdiyi tədbirdə Azərbaycan da təmsil olunub. Ölkəmizi təmsil edən 7 azərbaycanlı gənc arasında UNEC tələbəsi də olub. Gənclər Azərbaycanın milli musiqi və rəqslərini ifa ediblər, ölkə mətbəxi, şirniyyatları, suvenirlərindən ibarət təqdimat keçiriblər.

*

IMG_9368-27-09-17-04-24 IMG_9370-27-09-17-04-24 IMG_9371-27-09-17-04-24 IMG_9385-27-09-17-04-24 IMG_9386-27-09-17-04-24