Oktyabrın 3-də Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2015/2016-cı tədris ilində ilk “Açıq qapı” günü keçirilib. UNEC rektoru, professor Ədalət Muradovun iştirakı ilə keçirilən “Açıq qapı”da vətəndaşların müraciətləri dinlənilib.
“Açıq qapı” günündə əsasən, universitetdə pedaqoq kimi fəaliyyət göstərmək istəyənlər rektorun qəbulunda olublar. Rektor Ədalət Muradov müraciətlərin nəzərə alınacağını bildirib.
Qeyd: UNEC-də “Açıq qapı” günü hər ayın birinci şənbə günü keçirilir. Rektor hər həftənin çərşənbə axşamı (13:30 – 14:30) tələbələr və valideynlərlə, cümə axşamı (14:00 – 16:00) əməkdaşlarla qəbul keçirir.