Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) Avropa Komissiyasının “Erasmus+” Proqramına qoşulmaq üçün işçi qrupu yaradılıb. Yanvarın 14-də işçi qrupun ilk iclası keçirilib. İclasda ADİU-nun Erasmus+ Proqramına aktiv və səmərəli şəkildə qoşulmasının təmin olunması müzakirə edilib.
ADİU-nun Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov iclasda çıxış edərək işçi qrupuna layihələrin hazırlanması, mövzusu, tərəfdaşların müəyyən edilməsi və qrant müraciət ərizələrinin doldurulması haqqında məlumat verib. Layihələrin fevralın 10-a qədər təhvil verilməli olduğu bildirilib.
Qeyd: İşçi qrupların fəaliyyətinə ümumi rəhbərliyi Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektor Şahin Bayramov həyata keçirir.