3 universitetimizin nüfuzlu reytinqdə yer almasına nikbin ekspert rəyi

07 SENTYABR 2016 | VIEWS:

moderator.az

etibar11245“Düşünürəm ki, son dövrlər universitetlərimizdə elm və təhsil mühitində canlanma var”

Azərbaycandan 3 universitet – Bakı Dövlət Universiteti, Xəzər və Qafqaz Universitetləri  “QS Dünya Universitetləri Reytinqi” ndə yer alıblar.
Bununla əlaqədar olaraq Moderator.az – ın əməkdaşı təhsil ekspertı Etibar Əliyevə müraciət edərək  “QS Dünya Universitetləri Reytinqi”nin nələri özündə ehtiva etməsinə aydınlıq gətirməsini xahiş edib:

 

“Azərbaycanın 3 universitetinin QS dünya universitetləri Reytinq siyahısında yer tutması müsbət haldır. QS reytinqi akademik nüfuza, universitetlərin müəllim-tələbə sayının nisbətinə, məqaləyə istinadlara, xarici müəllim və tələbələrin, elmi dərəcəli kadrların, professor-müəllim heyətinin məqalələrinin sayına, işəgötürənlərin nüfuzuna, həmçinin internet resurslarının effektivliyinə görə müəyyənləşdirilir.

Ancaq başqa bir maraqlı faktı da diqqətə çatdırım. Bu ilin fevral ayında Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) Şərqi Avropa və Mərkəzi Asiya regionu üzrə direktoru Zoya Zaytseva təhsil naziri Mikayıl Cabbarovla görüşüb və İqtisad Universitetində (UNEC) olub. Xanım Zaytseva UNEC-i Webometrics reytinqinə görə Azərbaycan universitetləri arasında birinci yerdə olması münasibəti ilə təbrik edib. Bildirib ki, UNEC-in QS reytinqində yer ala bilməsi üçün kifayət qədər tələbə-müəllim potensialı var. Z. Zaytseva həmçinin universitetin rəsmi saytını da yüksək qiymətləndirib. Yəni Ümümdünya Universitetlər Reytinq Təşkilatı (QS) barədə maarifəndirmə işi UNEC-də həyata keçirilib.

UNEC-in 2016/17-ci tədris ilində tələbə qəbulu üzrə göstəriciləri çox yüksək olub. Bu ali məktəbdə Beynəlxalq İqtisadiyyat Məktəbində orta keçid balı maksimum həddə çataraq, 635 olub. Bu nəticə dünyanın aparıcı iqtisadiyyat məktəbləri ilə yaradılan əlaqələrdən irəli gəlir. Bunun da Universitetin reytinqinə mütləq təsiri olacaq.

Bundan başqa bir maraqlı məqamı da söyləmək yerinə düşər. 2015-ci ilin dekabr ayında Təhsil Nazirliyi ilə “Thomson Reuters” şirkətinin elmi tədqiqatlar və intellektual mülkiyyət üzrə şöbəsi arasında əməkdaşlıq haqqında müqavilə imzalandı. Nazirlik tərəfindən irəli sürülən bu təşəbbüs gələcəkdə məqalələrə istinad kriteriyası üzrə göstəricilərin faizini artıra bilər.

Ümümdünya Universitetlər Reytinq Təşkilatının (QS) siyahısında adı çəkilən 3 universitet gələcəkdə daha yaxşı reytinq qazana bilərlər. Düşünürəm ki, son dövrlər universitetlərimizdə elm və təhsil mühitində canlanma var. Son illər Universitetlərimizin arasında rəqabət mühitinin formalaşması yaxşı haldır. Burada ADA Universiteti, Bakı Ali Neft Məktəbi, Bakı Dövlət Universiteti, Neft və Sənaye Universiteti, İqtisad Universiteti və Xəzər Universitetinin rolunu xüsusilə qeyd etmək istəyirəm. Amerika və Qərbdə universitetlər rəqabət mühitində inkişaf edirlər”.

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino