Azfar Stadionunda “İqtisadçılar” komandası “UNEC Sport Club” komandası ilə qarşılaşıb. A qrupu üzrə ikinci yarımfinalçının müəyyən olunması baxımından hər iki komanda üçün böyük əhəmiyyət kəsb edən görüşün sonuna beş dəqiqə qalmış “UNEC Sport Club” 2-1 hesabı ilə üstülüyü özündə saxlayıb. “İqtisadçılar”ın kapitanı Emil Qədirov isə son anda hesabı bərabərləşdirərək, komandasını yarımfinala yüksəldib.
Beləliklə A qrupundan “UNEC United” və “İqtisadçılar” komandası “UNEC Payız Kuboku-2017”-nin ilk yarımfinalçılarıdır.
Qalib komandalarımızı təbrik edirik!!!
Hesab: “İqtisadçılar” – “UNEC Sport Club” 2-2
Qollar:
“UNEC Sport Club”: Tofiq Məmmədov (1), Siyavuş Axundov (1)
“İqtisadçılar”: Emil Qədirov (1), Kamran Hüseynli (1)
Turnir cədvəlində komandaların sıralaması aşağıdakı kimi olub.
N | A QRUPU | O | Q | H | M | T-F | X |
1 | UNEC United | 4 | 3 | 1 | 0 | 36-13 | 10 |
2 | İqtisadçılar | 3 | 2 | 1 | 1 | 27-21 | 7 |
3 | UNEC Sport Club | 3 | 1 | 3 | 0 | 13-12 | 6 |
4 | TÜDİFAK | 4 | 1 | 0 | 3 | 8-19 | 3 |
5 | UNEC Beynəlxalq İqtisadiyyat FC | 4 | 0 | 1 | 3 | 10-29 | 1 |
N | B QRUPU | O | Q | H | M | T-F | X |
1 | Finance-Accounting and SABAH | 3 | 3 | 0 | 0 | 34-4 | 9 |
2 | UNEC RESH | 4 | 2 | 0 | 2 | 22-19 | 6 |
3 | UNEC Security | 3 | 2 | 0 | 1 | 19-12 | 6 |
4 | UNEC Drivers | 3 | 1 | 0 | 2 | 10-16 | 3 |
5 | UNEC Business and Managment | 3 | 0 | 0 | 3 | 5-39 | 0 |