Şəkidə keçiriləcək II Beynəlxalq Ənənəvi Şirniyyat festivalına hazırlıq ərəfəsində I Avropa Oyunlarına həsr edilən “Təhsil alan Gənc Qənnadıçıların Respublika Festivalı” keçirilib.
Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Assosiasiyası (AMKA), Təhsil Nazirliyi və 12 saylı Bakı peşə liseyinin təşkilatçılığı ilə keçirilən festivalda 10-dək ali və peşə məktəbi iştirak edib.
Tədbirdə tələbələrin bişirdiyi şirniyyat və tortlar nümayiş olunub. Festival I Avropa Oyunlarına həsr olunduğundan, şirniyyatların əksəriyyətinin üzərinə ayrı-ayrı oyun növlərini əks etdirən təsvirlər vurulub.
Azərbaycan Dövlət İqtisad Universitetinin (ADİU) Texnologiya və dizayn fakültəsinin III kurs tələbələri və Qida məhsullarının texnologiyası kafedrasının müdiri Gülnisə Abbasbəyli ilə Fəxriyyə Zeynalova iştirak ediblər.
ADİU tələbələri və əməkdaşları AMKA-nın diplomları ilə təltif ediliblər.