Qəzənfər Abbasov – 80

31 MAY 2018 | VIEWS:

UNEC-də görkəmli iqtisadçı alim, professor Qəzənfər Abbasovun 80 illik yubileyi qeyd olunub.

Yubiley tədbirində “Mühasubat uçotu və audit” kafedrasının professoru Qəzənfər Abbasovun müəllifi olduğu kitablar nümayiş olunub.

UNEC-in İnzibati və təşkilati məsələlər üzrə prorektoru, dosent Şaiq Əsgərov yubilyarın pedaqoq və alim kimi 65 illik səmərəli elmi-pedaqoji fəaliyyətindən danışıb. Bildirib ki, ömrünün böyük bir hissəsini mühasibat uçotunun tədrisinə, bu sahənin elmi araşdırılması və ixtisaslı kadrların hazırlanmasına həsr edən alim, onlarla dərslik və dərs vəsaiti, mindən çox elmi məqaləninin müəllifidir. O, Q.Abbasovun sanballı elmi-tədqiqatlar apardığını, alimin elmi rəhbərliyi ilə onlarla gənc tədqiqatçının mühasibat uçotu üzrə fəlsəfə doktoru elmi adlarına layiq görüldüyünü diqqətə çatdırıb.

Tədbirdə professor Qəzənfər Abbasova “Mühasibat uçotu sahəsində yüksəkixtisaslı kadrların hazırlanmasında uzunmüddətli və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə” Təhsil Nazirliyinin Fəxri Fərmanı təqdim olunub.

Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) sədr müavini Mirzə Cəfərzadə Q.Abbasovun alim kimi universitetin, eləcə də ölkənin ictimai həyatında fəal rol oynadığını bildirib. O, Q.Abbasovun gənc nəslin təlim-tərbiyəsindəki xidmətləri, səmərəli elmi-pedaqoji fəaliyyəti və geniş ictimai fəaliyyəti nəzərə alınaraq görkəmli alimə ATİAHİ-nin fəxri fərmanını tədqim edib.

Maliyyə Nazirliyinin Maliyyə elm tədris mərkəzinin direktoru Elman Hüseynov Q.Abbasovun maliyyə sahəsində göstərdiyi əvəzsiz xidmətlərdən danışıb. Onun baş redaktoru olduğu “Maliyyə və uçot” jurnalının iqtisadçıların stolüstü dərgisinə çevrildiyini diqqətə çatdırıb.

Tədbirdə UNEC-in prorektorları, professor Sakit Yaqubov, dosent Səadət Qəndilova, millət vəkili, professor Xanhüseyn Kazımlı, professorlar Sifariz Səbzəliyev, Əvəz Ələkbərov, fakültə dekanları, yubilyarı yaxından tanıyanlar Qəzənfər Abbasovun mühasibatlıq sahəsinə  verdiyi töhfələrdən danışıblar, onun keçdiyi şərəfli ömür yolundan söz açaraq, alimlə bağlı xoş xatirələrini bölüşüblər.

Sonda professor Qəzənfər Abbasov ona ünvanlanan xoş sözlərə və təbriklərə görə tədbir iştirakçılarına minnətdarlığını bildirib, 65 illik pedaqoji fəaliyyəti ərzindəki təəssüratlarını bölüşüb.

UNEC news

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet