ADİU-da Milli Qurtuluş gününə həsr olunmuş tədbir keçirilib

10 İYUN 2015 | VIEWS:

İyunun 10-da Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU) 15 iyun – Milli Qurtuluş gününə həsr olunun tədbir keçirilib.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Ağsaqqallar Şurasının sədri Fəttah Heydərov, ADİU-nun rektoru, professor Ədalət Muradov və universitetin professor-müəllim heyəti iştirak edib.

ADİU-nun rektoru, professor Ədalət Muradov 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixində əhəmiyyətli dönüş mərhələsi olduğunu qeyd edib. Bildirib ki, Azərbaycan müstəqilliyini əldə etdiyi ilk illərdə çox ağır dövrünü yaşayıb. Hökm sürən siyasi gərginlik, vətəndaş müharibəsi təhlükəsi ölkəni iqtisadi böhrana sürükləmişdi. Belə bir ağır dövrdə xalqın təkidi ilə yenidən hakimiyyətə qayıdan  Ümummilli Lider Heydər Əliyev ölkədə sabitliyə nail ola bildi. Azərbaycan az bir vaxtda  iqtisadi sabitlik və inkişafa qədəm qoydu. Ə. Muradov qeyd edib ki, bu inkişaf əsası Ulu Öndər tərəfindən qoyulan güclü iqtisadi inkişaf strategiyası sayəsində mümkün olub.

Ağsaqqallar Şurasının sədri, millət vəkili Fəttah Heydərov çıxışında Milli Lider Heydər Əliyevlə bağlı xatirələrindən danışıb. Qeyd edib ki,Ulu Öndərin xalqa sevgisi və cəsarəti ilə ölkədə həmrəylik yaranıb və vətəndaşlar milli maraqlar ətrafında birləşə bilib.Milli Liderin uzaqgörən siyasəti nəticəsində ölkədə bərpa olunan sabitliknəticəsində iqtisadi tənəzzülün qarşısı alındı. Fəttah Heydərov bildirib ki, çox keçmədən ölkə sabitlikdən inkişafa qədəm qoydu və Azərbaycan bu gün dünyanın ən sürətlə inkişaf edən ölkələri sırasında yer alıb. Onun sözlərinə görə, iqtisadi qüdrətə  nail olan ölkə Avropa Oyunları kimi mötəbər tədbirə ev sahibliyi etməyə hazırlaşır. Əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan iqtisadi-siyasi kurs bu gün də onun davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Tədbirdə çıxış edən “Sosial sferanın iqtisadiyyatı və idarə olunması” kafedrasının müdiri, professor Əli Əlirzayev və “Azərbaycan tarixi” kafedrasının müdiri, professor Hidayət Cəfərov Milli Lider Heydər Əliyevlə bağlı təəssüratlarından, Ulu Öndərin Azərbaycanın dinamik inkişafa nail olması yolundakı  əvəzsiz xidmətlərindən söz açıblar.

Tədbirin sonunda Milli Qurtuluş gününə həsr olunmuş film nümayiş etdirilib.

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro