UNEC rektorunun hərbi vətənpərvərlik bayramında çıxışı

07 APREL 2019 | VIEWS:

“Aprel döyüşlərinin zəfər bayraqlarına düzlən!” devizi altında keçirilən hərbi vətənpərvərlik bayramında UNEC-in rektoru, professor Ədalət Muradovun çıxışı

Cənab generallar, zabitlər və əsgərlər!

Əziz qonaqlar!

Hörmətli mərasim iştirakçıları!

Bu günlər xalqımızın, dövlətimizin, eləcə də Azərbaycan Ordusunun həyatında əlamətdar və tarixi bir gündür. Ölkəmizin hər yerində 2016-cı ildə qazandığımız Aprel Zəfərinin üçüncü ildönümü münasibəti ilə silsilə vətənpərvərlik tədbirləri həyata keçirilir. Aprel şəhidlərinin xatirəsi ehtiramla yad edilir, şəhid ailələrinə, döyüşlər zamanı sağlamlığını itirənlərə baş çəkilir, Xalq və Ordu möhtərəm Prezidentimizin ətrafında, bir bayraq, bir amal uğrunda daha sıx birləşərək Vətənimiz Azərbaycana sadiq olduqlarını bütün dünyaya bəyan edir.

Dəvətimizi məmnuniyyətlə qəbul edərək bugünkü hərbi vətənpərvərlik bayramına gələn hörmətli qonaqlarımızı ürəkdən salamlayır və hər birinizə xoş gəlmisiniz deyirəm!

Hörmətli mərasim iştirakçıları!

Üc gün öncə – aprelin 2-də Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyev Müdafiə Nazirliyinin xüsusi təyinatlı qüvvələrinin hərbi hissələrindən birini ziyarət edərək Vətənimizin qəhrəman döyüşçüləri ilə görüşdü. Həmin görüşdə möhtərəm Prezidentimiz Aprel döyüşləri barədə danışarkən böyük iftixar hissi ilə qeyd etdi ki, Aprel döyüşləri tariximizin şanlı səhifəsidir. Aprel döyüşləri bizim tarixi qələbəmizdir, müasir tariximizdə ən uğurlu hərbi əməliyyatlardan biridir. Bu döyüşlər göstərdi ki, Azərbaycan əsgəri, zabiti həm peşəkardır, həm Vətənə bağlıdır, həm də istənilən anda öz vəzifə borcunu yerinə yetirməyə hazırdır. Bu gün hər bir Azərbaycan vətəndaşı haqlı olaraq Azərbaycan Ordusu ilə fəxr edə bilər və biz də əsgərlərimizlə, zabitlərimizlə fəxr edirik. Azərbaycan Ordusu dövlətimizin ərazi bütövlüyünün qorunması işində rol oynayan əsas amildir. Hər bir Azərbaycan vətəndaşı bir arzu ilə yaşayır – bizim işğal altındakı torpaqlarımız tezliklə azad olunsun və Azərbaycan öz ərazi bütövlüyünü bərpa etsin.

Son illərdə Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı  cənab İlham Əliyevin diqqəti sayəsində Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, maddi-texniki bazasının, silah-sursat arsenalının müasirləşdirilməsi istiqamətində çox mühüm işlər görülüb. Şübhəsiz ki, bütün bu uğurların əldə edilməsində, Azərbaycan Ordusunun müasir standartlara cavab verən peşəkar orduya çevrilməsində Azərbaycanın iqtisadi inkişafı vacib rol oynayır və bunun arxasında dövlətimizin başçısının gərgin, məqsədyönlü, daxili və xarici siyasəti dayanır. Biz bu gün bu möhtəşəm hərbi şöhrət bayramının tribunasından müdrik Prezidentimizə, qətiyyətli sərkərdəmizə, cənab İlham Əliyevə, həmçinin Birinci vitse-Prezidentimiz xanım Mehriban Əliyevaya dərin minnətdarlığımızı bildirir, yorulmaz fəaliyyətlərində onlara daha böyük zirvələri fəth etməyi arzulayırıq.

Qeyd etdiyim kimi, Aprel zəfərindən 3 il keçir. Üç il öncə, aprel ayının elə bu günlərində bütün xalqımız bir nəfər olaraq ayağa qalxmışdı. Azərbaycan Ordusu qələbəyə böyük inam ilə əks-hücuma keçmişdi. Müxtəlif istiqamətlərdə təxribatlar törədərək, dinc əhalini intensiv atəşə tutan məkrli və hiyləgər düşmənin mövqeləri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə bir neçə saat ərzində darmadağın edildi. Daşnak tör-töküntüləri silah-sursatlarını, hətta həlak olmuş, yaralanmış yoldaşlarını ataraq biabırçı vəziyyətdə qaçmağa məcbur edildilər. Doğrudur, bu döyüşlərdə şəhidlər də verdik. Təkcə bizim Universitetin 2 məzunu şəhidlik zirvəsinə yüksəldi: Əsgər Mahir Mirzəyev və Tural Dadaşov. Bu adlar nəinki Azərbaycan Dövlət İqtisad Universitetinin kollektivinə, o cümlədən indi bütün xalqımıza tanışdır, doğmadır, əzizdir.  Onlar həm universitetimizə, həm də bütün xalqımıza başucalığı gətirdilər. Öz qanları ilə Aprel zəfəri salnaməsinə UNEC-in də imzasını yazdılar. Biz onların Azərbaycan bayrağına sarılmış cənazələrini başlarımız üstünə qaldıraraq Vətən torpağına əmanət etdik. Onların adları əbədi olaraq Universitetimizin fəxri məzunları siyahısına yazıldı.

Bugünkü tədbirdə bu igid oğullarımızın valideynləri də iştirak edirlər. Mən bir daha onlara belə igid oğullar yetirdiklərinə görə dərin minnətdarlığımı bildirirəm. Əziz şəhid valideynləri, əmin ola bilərsiniz ki, sizin övladlarınızın intiqamı alınır və bundan sonra da alınacaq. Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.

Mən bir daha 2016-cı ilin aprel ayına qayıtmaq istəyirəm. Yəqin ki, sizin də xatirinizdədir. Aprel ayının 5-i idi. Möhtərəm Prezidentimiz cənab İlham Əliyev Mərkəzi Klinik Hospitalda müalicə olunan yaralı hərbiçilərimizə baş çəkdi, hər bir yaralı ilə səmimi söhbət etdi, onların tezliklə sağalıb ayağa durmalarını arzulayaraq dedi ki, böyük qəhrəmanlıq göstərmisiniz. Sizin apardığınız hərbi əməliyyatlar gələcəkdə hərbi kitablarda öz əksini tapacaq. Bu nəinki yaralıların, onların valideynlərinin, ailə üzvlərinin, eləcə də həkimlərin böyük sevincinə səbəb oldu. Şəhid ailələrinin və yaralıların yaxınları Prezidenti əmin etdilər ki, onların özləri də övladları ilə bərabər Vətənimizin müdafiəsi uğrunda döyüşlərə hazırdırlar.

Xalqımız üçün ağrılı və kədərli, həm də şərəfli günlərdə Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti, Mehriban xanım Əliyeva təmas xəttində ermənilərin təxribatının qarşısını alarkən şəhid olan hərbçilərin əzizləri, doğmaları ilə Heydər məscidində görüşdü, kədərlərinə şərik olud. Mehriban xanımın Vətən yolunda qəhrəmanlıq göstərmiş əzizləri üçün qürur keçirməli olduqlarını şəhid ailələrinə xatırlatması, kövrəlməsi, qəhərlənməsi Respublikamızın ayrı-ayrı bölgələrindən gəlmiş şəhid doğmalarına duyğulu anlar yaşatdı. Az sonra isə möhtərəm Prezidentimizin xanımı ilə birlikdə cəbhəyanı bölgədə, düşmənin 100-150 metrliyində zərər çəkmiş yerli sakinlərlə, döyüşçülərlə görüşüb onlara mənəvi dayaq olması hər birimizin vətənpərvərlik hissini daha da yüksəltdi.

Hörmətli mərasim iştirakçıları, bu gün UNEC kollektivi Azərbaycan Ordusunun şəxsi heyəti ilə sıx əlaqələr saxlayır. Professor-müəllim və tələbə heyətimizin nümayəndələri tez-tez cəbhəyanı bölgələrə gedir, əsgər və zabitlərimizlə görüşürlər. Ordumuzun uğurları hər birimizi sevindirir. Bir neçə gündən sonra yenə də cəbhə bölgələrinə səfərimiz var.

Mən belə bir möhtəşəm tədbirin məhz UNEC-lə birgə təşkilinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəhbərliyinə dərin minnətdarlığımı bildirir və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevi əmin edirəm ki, Azərbaycan Dövlət İqtisad Universitetinin çoxminlik müəllim və tələbə ordusu da Azərbaycan uğrunda hər bir çağırışa hazırdır. Biz inanırıq ki, işğal altında olan digər torpaqlarımız da tezliklə azad olunacaq, Azərbaycanın ərazi bütövlüyü təmin ediləcək və Azərbaycan Ordusu xalqımıza Aprel döyüşlərində olduğu kimi böyük qələbənin də sevincini yaşadacaqdır.

Yaşasın bu Zəfər sevincini Xalqımıza bəxş edən Azərbaycan Ordusu!

Diqqətinizə görə sağ olun!

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/5087-unec-rektorunun-herbi-vetenperverlik-bayraminda-chixishi“][/a]

 

 

eskort - buy tiktok followers - youtube izlenme satın al - twitch viewer bot - deneme bonusu veren siteler - takipçi - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink