Ən müasir onlayn təlim imkanlarına malik olan “UNEC Extern”də keçirilmiş tədbirdə sahibkarların maliyyə resurslarına çıxış imkanları və bu sahədə göstərilən xidmətlərə həsr olunmuşdu.
Təlimdən Bakıda, eləcə də ölkə regionlarında fəaliyyət göstərən 300-dən çox sahibkar yararlanıb. Onlayn tədbir zamanı sahibkarların maliyyə resurslarına çıxış imkanları, bu sahədə göstərilən xidmətlər, dövlətin güzəştli kreditlərdən istifadə, maliyyə və bank sahəsindəki yeniliklər barədə təqdimatlar keçirilib, sahibkarları maraqlandıran suallar cavablandırılıb.
Ekspert qismində onlayn tədbirə Sahibkarlığın İnkişafı Fondu, Maliyyə Bazarlarına Nəzarət Palatası, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi, İpoteka və Kredit Zəmanət Fondu, eləcə də ölkəmizdə fəaliyyət göstərən bir sıra bankların nümayəndələri cəlb olunub. Tədbir çərçivəsində sahibkarlara ekspertlərə birbaşa müraciət etməklə yanaşı, suallarını yazılı olaraq göndərmək imkanı da yaradılıb.
<a href =”http://news.unec.edu.az/xeber/125-universitet/5253-unec-de-novbeti-onlayn-maariflendirme-tedbiri-teshkil-olunub“></a>