Rusiyanın Ali İqtisad Məktəbinin nümayəndə heyəti UNEC-də olub

04 İYUN 2019 | VIEWS:

Rusiyanın Ali İqtisad Məktəbinin (AİM) nümayəndə heyəti  UNEC-də olub. Prorektorlar  Sergey Roşin və Mariya Yudkeviçin başçılıq etdiyi nümayəndə heyəti UNEC-də bir sıra görüşlər keçiriblər.

UNEC-in rektoru, professor Ədalət Muradovla görüşdə hər iki universitet arasında əməkdaşlıq imkanları müzakirə olunub. UNEC-lə Rusiyanın Ali İqtisad Məktəbinin (AİM)  ikili diplom proqramlarının həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

AİM-in nümayəndə heyəti UNEC-in professor-müəllim heyəti ilə də görüşüb. S.Roşin professor-müəllim heyətinə “Rusiya Ali İqtisad Məktəbində təhsilin idarəedilməsi innovasiyası” mövzusunda təqdimatla çıxış edib. O, AİM-də aparılan son islahatlar və perspektivlərdən söz açıb.

Nümayəndə heyəti Rus İqtisad Məktəbində də olub. Fakültənin professor-müəllim heyəti və tələbələrlə görüşən qonaqlar buradakı tədrislə tanış olublar, imtahan prosesini yaxından izləyiblər.

Səfər çərçivəsində rusiyalı qonaqlar UNEC-in tədris və təlim texnologiyaları üzrə prorektoru, dosent Anar Rzayev, elm və innovasiyalar üzrə  prorektor, professor Sakit Yaqubovun rəhbərliyi ilə təşkil olunan dəyirmi masalarda iştirak ediblər. Görüşdə qonaqlara universitetin elektron idarəetmə sistemi, elektron sənəd dövriyyəsi və Differensial əmək haqqı sistemi barədə məlumat verilib. UNEC-in Avropanın və ABŞ-ın nüfuzlu universitetləri ilə bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramları, eləcə də gənc müəllimlərin təcrübəsinin təşkili, İdman və İstirahət Kompleksində yay və qış məktəbləri, UNEC Extern Mərkəzinin bazasında birgə onlayn kurslar, müəllim-tələbə mübadiləsi, birgə elmi laboratoriyaların qurulması, indeksli jurnallarda birgə məqalələrin çap olunması, UNEC doktorantlarının “Российсие постдоки” proqramında iştirak etmək imkanları haqqında müzakirələr aparılıb.

AİM-in nümayəndə heyəti Quba Tədris, İdman və İstirahət Kompleksində və UNEC-in Dərbənd filialına da səfər ediblər.

[a href=”http://news.unec.edu.az/xeber/125-universitet/5434-rusiyanin-ali-igtisad-mektebinin-numayende-heyeti-unec-de-olub“][/a]

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Türk sohbet - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino