Azərbaycanın iqtisadi inkişaf strategiyası UNEC-in elmi təhlillərində

24 DEKABR 2019 | VIEWS:

UNEC-də “Azərbaycanın iqtisadi inkişaf strategiyası”mövzusunda Respublika Elmi Konfransı keçirilib. Konfransda İqtisadiyyat Nazirliyinin, Təhsil Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmiləri, ölkənin tanınmış elm xadimləri və iqtisadçıları iştirak ediblər.

Açılış nitqi ilə çıxış edən UNEC-in rektoru, professor Ədalət Muradov Prezident İlham Əliyevin ölkə iqtisadiyyatının ayrı-ayrı sahələrinin  inkişafı ilə bağlı imzaladığı strateji yol xəritələrinə diqqət çəkib. Həmçinin bildirib ki, konfransın əsas məqsədi iqtisadi artımı  təhlil edə biləcək yeni “drayver”lərin tapılmasına, eyni zamanda akademik dairələrlə real iqtisadiyyat nümayəndələrinin müzakirələr aparmasına nail olmaqdır.

Azərbaycanın gələcək iqtisadi inkişafının iqtisadiyyatın rəqəmsallaşmasından keçdiyini deyən rektor, bu sahədə əsas məsələnin rəqəmsal iqtisadiyyatın tələblərinə cavab verən, müvafiq kompetensiyalara malik insan kapitalının formalaşdırılması olduğunu vurğulayıb. Rəqəmsal iqtisadiyyatın istehsal amillərinə olan tələbi dəyişdiyi, bu amillərin məhsuldarlığı əhəmiyyətli dərəcədə artırdığı, dəyişikliyin isə daha çox elmtutumlu sahələrdə özünü göstərdiyi qeyd olunub. Ədalət Muradov rəqəmsal iqtisadiyyatın zəruri etdiyi distant, adaptiv, online, ofline təhsil və mentorluq fəaliyyətinin əhəmiyyətindən də söz açıb. UNEC-də distant təhsillə bağlı uğurlu sertifikat proqramlarının reallaşdırıldığına diqqət çəkən rektor, növbəti tədris ilindən UNEC-də bakalavr pilləsi üzrə distant təhsilin  həyata keçiriləcəyini bildirib. Həmçinin adaptiv təhsilin regiona gətirilməsi istiqamətində Sankt-Peterburq Dövlət Universiteti ilə əməkdaşlığa başlanıldığını, UNEC-də qeyri-ixtisas fənlərinin “online”, ixtisas fənlərinin isə “ofline” keçiriləcəyini, Beynəlxalq Magistratura və Doktorantura Mərkəzində pilot layihə kimi mentorluqla bağlı Türkiyə təcrübəsinin tətbiq olunduğunu deyib.

Konfransda təhsilin iqtisadi artıma daha çox təsir edən keyfiyyət parametrlərinə də toxunulub. UNEC-də bu istiqamətdə tədqiqatların aparıldığına diqqət çəkən Ə. Muradov, əldə olunan nəticələrə görə hələ də real iqtisadiyyatın tələb etdiyi kompetensiyaların formalaşdırılması istiqamətində zəruri olan tədbirlərin həyata keçirilmədiyini qeyd edib. O, təhsil proqramlarının köklü surətdə dəyişdirilməsinə ehtiyac duyulduğunu, UNEC-də II ixtisas qrupu üzrə artıq dəyişikliklərə başlanıldığını və növbəti tədris ilindən universitetdə yeni tədris standartlarının tətbiq olunacağını bildirib.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda yeni siyasi və iqtisadi tarixin yazıldığını deyib. Ölkənin sosial və iqtisadi inkişafı üçün vacib olan məsələlərdən birinin xarici siyasət olduğunu deyən nazir müavini, son 15 ildə ölkə iqtisadiyyatının 3 dəfə artdığını, sosial siyasət məsələlərinin önə çəkildiyini, ölkənin gəlirlərinin daha çox bu sahələrin inkişafına yönəldiyini qeyd edib. N. Səfərov Azərbaycanın iqtisadi inkişaf strategiyasının prioritet istiqamətlərindən danışıb. O, ölkənin iqtisadi inkişaf modelində yeni yanaşmaların ortaya qoyulduğunu, islahatların əsasən innovasiya, texnologiya və qeyri-neft sektorunun inkişafı ilə bağlı olduğunu vurğulayıb.

Sonra 5 çağırış Milli Məclisin deputatı Tahir Mirkişili “Dövlət idarəetməsi və iqtisadi inkişaf: müasir texnoloji meyllər” mövzusunda çıxış edib. XXI əsri texnologiyalar əsri adlandıran millət vəkili, online təhsilin əhəmiyyətidən danışıb. O, UNEC-də bu istiqamətdə ciddi addımların atıldığını, uğurlu layihələrin və tədqiqatların həyata keçirildiyini deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müşaviri Mustafa Abbasbəyli isə 2019-cu ilin sosial islahatlarından söz açıb. Ölkədə genişmiqyaslı sosial siyasətin aparıldığını deyən nazirlik rəsmisi, bu sahədə büdcə vəsaitlərinin ildən-ilə artırılıdığını, əhalinin rifah halının yüksəldildiyini, işsizliyin, yoxsulluğun aradan qaldırıdığını deyib.

Sonra Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev “Azərbaycanda qeyri-neft sənayesinin diversifikasiyalaşdırılması və ixrac potensialının artırılmasına strateji yanaşmalar”, UNEC-in Elmi Fəaliyyətin Təşkili və İdarə olunması Departamentinin direktoru, professor Zahid Məmmədov isə “Biliklərə əsaslanan innovasiya yönümlü universitetlər: yeni çağırışlar və perspektivlər” mövzularında çıxış ediblər. Zahid Məmmədov məruzəsində bildirib ki, elm-tədqiqatlara əsaslanan iqtisadiyyatın formalaşdırılması Azərbaycanın mövcud intellektual potensialının qorunub saxlanılması və inkişaf etdirilməsi istiqamətində kompleks tədbirlərin həyata keçirilməsi zərurətini meydana çıxarır. Həmçinin indiki inkişaf xüsusən də ali təhsil sistemində elmi potensialın və alimlərin elmi yaradıcılığının stimullaşdırılmasını, elmi məhsulların kommersiyalaşdırılmasını nəzərdə tutur.

Konfrans işini 4 bölmə iclasında davam etdirib. Müvafiq olaraq “Azərbaycan iqtisadiyyatının müasir vəziyyəti və inkişaf problemləri”, “İqtisadi islahatlar: Sahibkarlığın inkişafı və iqtisadi diversifikasiyası”, “Azərbaycanın müasir maliyyə sistemi: yeni çağırışlar və perspektivlər” və  “Azərbaycan qlobal iqtisadiyyat sistemində: yeni imkanlar və perspektivlər” adlı bölmələrdə müxtəlif mövzularda məruzələr dinlənilib, müzakirələr aparılıb.

http://news.unec.edu.az/xeber/100-elm/6023-unec-de-azerbaycanin-igtisadi-inkishaf-strategiyasi-movzusunda-respublika-elmi-konfransi-kechirilib

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Twitch view bot - Betnano - tipobet - matadorbet - casino - Venusbet - likit - Vbet - Fixbet - Starzbet - eta saat - Hipercasino - Twitch viewer bot - sweet bonanza oyna - vozol - Betosfer - instagram video downloader - aviator oyna