Qeydiyyat üçün tələb olunan SƏNƏDLƏR

24 SENTYABR 2020 | VIEWS:

Dövlət sifarişi və ödənişli əsaslarla qəbul olan abituriyentlərin qeydiyyatı üçün tələb olunan sənədlər:

  1. Fotoşəkil (ağ fonda) 3×4 ölçüdə;
  2. Şəxsiyyət vəsiqəsinin surəti;
  3. Təhsil haqqında sənəd – Attestatın əsli;
  4. İlkin hərbi qeydiyyata alınma haqqında vəsiqənin surəti (oğlanlar üçün);
  5. Sağlamlıq haqqında tibbi arayış;
  6. Təhsil haqqında ödəniş qəbzi (yalnız ödənişli əsaslarla qəbul olanlar üçün).

Qeyd: Ödənişli əsaslarla qəbul olan abituriyentlər qeydiyyatdan keçərkən təhsil haqqının minimum 50%-ni ödəməlidirlər.

 *
Təhsil haqqından azad olunan abituriyentlərdən tələb olunan sənədlər:

  1. I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək abituriyentlər: –
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);
  • doğum haqqında şəhadətnamənin surəti.

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir.

  1. Məcburi köçkün statusu olan Azərbaycan Respublikasının vətəndaşları

Tələbənin cari ilin sonunadək qeydiyyatdan keçirilmiş məcburi köçkün vəsiqəsinin, notarial qaydada təsdiq edilmiş surəti.

  1. Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar
  • Vəfat etmiş valideyinin (valideynlərin) ölüm haqqında şəhadətnaməsinin surəti
  • digər valideyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat(Forma 88);
  • tələbənin doğum haqqında şəhadətnaməsinin surəti.

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. İmtiyaz əyani formada təhsil alan 23 yaşınadək şəxslərə aiddir.

  1. Şəhid ailəsinin üzvü olan abituriyentlər
  • Şəhid ailəsi vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surəti;
  • 18 yaşı tamam olan abituriyentlərin şəhid ailəsinin üzvi kimi vəsiqənin surəti
  • vəsiqəsi olmayanlar doğum haqqında şəhadətnamənin surəti
  • Mərhum valideynin ölüm haqqında şəhadətnaməsinin surəti.

Qeyd: 18 yaşı tamam olan abituriyentlər şəhid ailəsinin üzvü kimi müstəqil vəsiqə almalıdır. Təhsil haqqından 23 yaşı tamam olana kimi azad olunur.

  1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş vətəndaşların övladları
  • Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumat (Forma 88);
  • valideynin şəxsiyyət vəsiqəsinin surəti;
  • tələbənin doğum haqqında şəhadətnaməsinin surə

Qeyd: Arayışlar elektron formada olmadıqda arayışın surəti notarial qaydada təsdiq edilməlidir. (Əlilliyin səbəbi sərəncamda göstərildiyi kimi olmalıdır).

5a. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları:

  • Azərbaycan Respublikasının Müdafiə Nazirliyi (DİN) tərəfindən valideynin Azərbaycan Respublikasının müdafiəsi zamanı həlak olması barədə sənəd-arayış və ya əmrdən çıxarış (itkin düşənin ölmüş elan edilməsi haqqında məhkəmənin qərarı);
  • tələbənin doğum haqqında şəhadətnaməsinin surə

Qeyd: Abituriyentlər karantin bitdikdən sonra göstərilən sənədlərin notarial qaydada təsdiq olunmuş surətini dekanlığa təqdim etməlidirlər.

Əlaqə: (012) 564 40 39 (Sənəd qəbulu Komissiyası)
e-mail: [email protected]
Facebook

http://news.unec.edu.az/xeber/154-abituriyent/6788-geydiyyat-uchun-teleb-olunan-senedler

Mersin eskort - buy tiktok followers - takipcimx - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - onwin güncel giriş -

anlaşmalı boşanma

- toscanello satın al - instagram takipçi satın al - Yeraltı kablo döşeme ürünleri - tipobet - casino - likit - Fixbet - Starzbet - tiktok takipçi satın al -

onwin

- vip transfer antalya - matadorbet - onwin - onwin - postegro giriş - casino siteleri - ucuz uz - vozol