Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi (BMDM) ilə KOB Tədqiqat və İnkişaf mərkəzinin təşkilatçılığı ilə keçirlən təlimlər Türkiyədə innovasiya və sahibkarlıq istiqamətində fəaliyyət göstərən Binovative A.Ş. şirkətinin korporativ sosial məsuliyyət layihəsi çərçivəsində baş tutacaq.
Təlimlərin məqsədi magistr və doktorantların tədqiqat potensialının inkişaf etdirilməsi, əmək bazarında rəqabətqabiliyyətliliyinin artırılması üçün onlara yeni və innovativ bilik və bacarıqların qazandırılmasıdır.
Türkiyənin 4 universitetinin iştirakı ilə təşkil olunacaq təlimlər 14 müxtəlif mövzuda təlim təşkil olunacaq. Ödənişsiz təşkil olunacaq təlimlərin sonunda iştirakçılara sertifikatlar veriləcək.
Təlimlər 6 may-1 iyul tarixləri arasında təşkil olunacaq və 7 həftə davam edəcək.
Qeyd: Binovative A.Ş. şirkətinin qurucuları Türkiyədə müxtəlif qurumlarda sahibkarlıq ekosisteminin idarəediciləri, KOBİ, startap və açıq innovasiya yönümlü müxtəlif qurumlarda mentorluq və idarəçilik etmiş şəxslərdir.
https://news.unec.edu.az/xeber/100-elm/7453-bold-unec-de-sahibkarlig-ve-innovasiya-sahesinde-telimlere-start-verilib-bold