“Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

25 İYUN 2021 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və İqtisadi Sosial İnkişaf (Economic Social Development, ESD) təşkilatının “Davamlı inkişafın sosial-iqtisadi problemləri” mövzusunda beynəlxalq elmi konfransı keçirilib.

Konfransın moderatoru Rəna Hüseynova tədbir haqqında iştirakçılara ətraflı məlumat verib. Bildirib ki, bu, ESD-nin 70-ci, ESD ilə UNEC-in birgə keçirdiyi 3-cü konfransdır. Konfransda dünyanın bir sıra ölkələrinin (Almaniya, İspaniya, Xorvatiya, Polşa, Serbiya, Macarıstan, Rusiya, Belarus və s.) tədqiqatçıları ilə birgə müzakirələr aparılacaq və qlobal çağırışlar təhlil ediləcək. 160-dan çox məqalənin təşkilat komitəsinə təqdim olunduğu və məqalələrin “Web of Science” və “EconLit” kimi beynəlxalq elmmetrik bazalarda indeksləşdiriləcəyi qeyd edilib.

Konfans iştirakçılarını salamlayan elm və innovasiyalar üzrə prorektor professor Sakit Yaqubov UNEC-in elmi ugurlarından danışıb. 2020-ci ildə beynəlxalq indeksləşdirilmiş bazalarda UNEC-in çap olunmuş məqalələrinin sayının 2015-ci ilə nisbətən 44.6 dəfə artdığını, 1975-2020-ci illəri əhatə edən dövrdə UNEC-in “Web of Science”da çap olunmuş məqalələrinin 80,6 faizinin 2015-2020-ci, “Scopus”da çap olunmuş məqalələrinin 90 faizinin isə 2015-2020-ci illərin payına düşdüyünü deyib. UNEC-in “Web of Science”də dərc edilmiş məqalələrinin Azərbaycanın bütün ali məktəbləri üzrə müvafiq payının 2015-ci ildə 0,9 faizdən 2020-ci ildə 10 faizə yüksəldiyini bildirib.

Sonra ESD təşkilat komitəsinin prezidenti Domagoj Cingula BMT-nin təşəbbüsü ilə meydana çıxan Davamlı inkişaf konsepsiyasının ayrı-ayrı ölkələrin inkişaf istiqamətlərindəki rolundan danışıb.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov UNEC-də ölkənin iqtisadi həyatında mühüm hadisələrə adekvat cavab verən mühüm tədbirlərin keçirildiyini yüksək qiymətləndirərək beynəlxalq konfransın işinə uğurlar arzulayıb. Nazir müavini ölkədə həyata keçirilən iqtisadi strategiyanın əsas məqamlarından danışıb, eləcə də ölkənin dayanıqlı inkişaf konsepsiyasından söz açıb: “Davamlı inkişafın təmin olunması Azərbaycanın qarşıya qoyduğu və uğurla həyata keçirdiyi mühüm prioritetlərdən biridir. Göründüyü kimi, bu, ölkə iqtisadiyyatının hərtərəfli, şaxələndirilmiş, bütün sahələrini əhatə edən inkişafı nəzərdə tutur. Davamlı inkişaf iqtisadiyyatın artımının və insan fəaliyyətinin idarə edilməsinin elə bir formasıdır ki, o, çağdaş nəsillərin tələblərini ödəməyə qadirdir və eyni zamanda, gələcək nəsillərin də öz tələbatlarını ödəməsi üçün maneə yaratmır”.

N.Səfərov Azərbaycan  Prezidentinin 2021-ci il 2 fevral tarixli “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in təsdiq edilməsi haqqında Sərəncamına diqqət çəkərək hazırda İqtisadiyyat Nazirliyi tərəfindən aidiyyatı qurumlarla birlikdə bu istiqamətdə müvafiq strategiyanın hazırlandığını bildirib.

Təhsil nazirinin müavini Firudin Qurbanov ölkəmizdə davamlı sosial-iqtisadi inkişafın təmin edilməsinin dövlətin uğurla həyata keçirdiyi mühüm prioritetlərdən biri olduğunu vurğulayıb. Davamlı inkişafın təmin olunmasının təhsil sistemi qarşısında mühüm vəzifələr qoyduğunu deyən nazir müavini bu istiqamətdə bir sıra məqamları diqqətə çatdırıb: “Milli təhsil sistemi dünyanın texnologiya yarışına maksimal dərəcədə qoşulmalıdır. XXI əsrin tələblərinə uyğun təhsildən danışarkən artan rəqabətə davam gətirə bilmək üçün iqtisadiyyatın uzunmüddətli inkişafı müasir və güclü təhsilə arxalanmalıdır. Məhz təhsil vasitəsilə insan kapitalının milli sərvətdə iştirak payı davamlı şəkildə artırılmalıdır. Strateji dövrdə kompetensiya, sosial vərdişlər və bacarıqların harmoniyada inkişafına əsaslanan “ömürboyu təhsil”ə xüsusi önəm verilməlidir. Müasir texnologiyalar əsri, müxtəlif çeşidli informasiya bolluğu gələcəkdə rəqabətqabiliyyətli məhsulların yaradılmasında iştirak edəcək mütəxəssislərin hazırlanması üçün yeni tələblər irəli sürür”.

Firudin Qurbanov çıxışının sonunda əlavə edib ki, ölkəni rəqabətdə irəli aparmaq üçün cəmiyyətin yaradıcılığını və innovativliyini stimullaşdıran ekosistem qurulmalıdır. Təhsilin bu istiqamətdə vəzifələri yeni mahiyyət və məzmun daşıyır.

Konfransda çıxış edən Milli Məclisin deputatı, akademik Ziyad Səmədzadə işğaldan azad edilmiş ərazilərimizdə iqtisadi fəallığın bərpa edilməsi ilə bağlı dövlətin həyata keçirdiyi tədbirlərdən danışıb. Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsinin Azərbaycan iqtisadiyyatına yeni imkanlar açdığını iştirakçıların diqqətinə çatdırıb.

Konfrans plenar iclasla davam edib. Sonra isə bölmə iclaslarında davamlı inkişaf, sosial iqtisadi inkişafa əsaslanan innovasiya, davamlı inkişaf hədəfləri: fiskal və monetar siyasət, təbii sərvət gəlirlərinin sosial-iqtisadi aspektləri, qeyri-müəyyənlik şəraitində şirkətlər, bürokratiya və yaradıcı sahibkarlıq möövzularında məruzələr dinlənilib.

Beynəlxalq konfrans UNEC-in rəsmi Facebook səhifəsində canlı yayımlanıb.

*

https://news.unec.edu.az/xeber/100-elm/7623-bold-red-davamli-inkishafin-sosial-igtisadi-problemleri-movzusunda-beynelxalg-elmi-konfrans-kechirilib-bold-red

Mersin eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - deneme bonusu - sahabet - onwin - Aviator oyna - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

loodgieter den haag

- toscanello satın al - Postegro - Yeraltı kablo döşeme ürünleri - instagram gizli hesap görme - Omegle - Twitch view bot - Betnano - buy gopro - tipobet - matadorbet - casino - Venusbet - likit - Betmarko - Fixbet - Starzbet