UNEC ilə Dövlət Məşğulluq Agentliyi arasında memorandum imzalanıb

04 MART 2022 | VIEWS:

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tabeliyində Dövlət Məşğulluq Agentliyi ilə memorandumun imzalanması məqsədilə tədbir keçirilib.

Tədbirdə UNEC rektoru professor Ədalət Muradov, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli, universitetin struktur rəhbərləri, agentliyin nümayəndələri və tələbələr iştirak ediblər.

Rektor Ədalət Muradov universitetlərin peşəkar təhsil sahəsində artıq öz monopoliyasını itirdiklərini, diplomlara isə getdikcə tələbin azaldığını, onların bilik, vərdiş və bacarıq göstəricisi kimi tədricən dəyərdən düşdüyünü, universitet modelinin tamamilə yenidən qurulmalı olduğunu diqqətə çatdırıb. Digər çox ciddi problemin isə rəqəmsallaşma dövründə nüfuzlu texnoloji şirkətlərin mövcud universitetlərin rəqabətqabiliyyətli rəqiblərinə çevrilməsi olduğunu vurğulayıb.

Məzunların işlə təmin olunmasının universitetin əsas hədəflərindən biri olduğunu deyən rektor, məzunların keyfiyyətinə görə UNEC-in məsuliyyəti öz üzərində saxladığını bildirib: “İşə götürmək üçün işəgötürənin keçirdiyi müsahibədə UNEC tələbəsinin aşkarlanmış zəif bilik və bacarıqları o, universiteti bitirənə qədər UNEC tərəfindən aradan qaldırılır. Bunun üçün müsahibə keçirən işəgötürənin bu haqda məlumat verməsi yetərlidir”.  Rektor Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağından əminliyini ifadə edib.

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin Sədri Mustafa Abbasbəyli əmək bazarının mahiyyətindən və vətəndaşların məşğulluğu ilə bağlı tələblərdən danışıb. Məşğulluğun təmin olunmasında ən dayanıqlı alətin təhsil olduğunu deyən Mustafa Abbasbəyli ixtisasla yanaşı, peşə bacarıqlarına yiyələnməyin vacibiliyini diqqətə çatdırıb. O, məşğulluq agentliyinin qarşısında duran vəzifələrdən birinin məhz təhsil müəssisələri arasında düzgün əməkdaşlığın formalaşdırılmalı olduğunu deyib. UNEC məzunlarının öz bilik və bacarıqları ilə əmək bazarında layiqli yer tutduqlarını diqqətə çatdıran sədr rəhbərlik etdiyi agentlikdə işçilərin 20%-nin məhz bu ali təhsil müəssisəsinin məzunları olduğunu bidirib. Qarşılıqlı əməkdaşlığın məzunların məşğulluğunun təmin olunmasına yeni töhfələr verəcəyini vurğulayıb.

Sonra hər iki tərəf arasında əməkdaşlıq memorandumu imzalanıb. Sənədə əsasən, tərəflər arasında “UNEC Məzunlarının Məşğulluğu” layihəsinin həyata keçirilməsi, tələbə və məzunların məşğulluq sahəsində maarifləndirilməsi, məşğulluq sahəsində yeni ideyaların formalaşdırılması, müsabiqələrin və birgə layihələrin təşkili, tələbələrin təcrübə proqramlarına cəlb olunması və digər sahələrdə əməkdaşlıq edilməsi nəzərdə tutulub.

*

https://news.unec.edu.az/xeber/125-universitet/8480-bold-red-unec-ile-dovlet-meshgullug-agentliyi-arasinda-memorandum-imzalanib-bold-red

eskort - buy tiktok followers - takipcimx - twitch viewer bot - deneme bonusu veren siteler - instagram story viewer - postegro - buy instagram followers - buy instagram followers - antalya airport transfer - istanbul escort - mecidiyeköy escort - bakırköy escort - ip stresser - istanbul escort - deneme bonusu - sahabet - onwin - ip stresser - Aviator oyna - porno - yabancı dizi izle - instagram report tool - Mersin evden eve nakliyat - Cinsel sohbet - instagram takipçi satın al -

anlaşmalı boşanma

-

niwo opleiding

-

loodgieter den haag

- buy starlink - toscanello satın al - twitch viewer bots - Postegro - grandpashabet - Yeraltı kablo döşeme ürünleri