1985-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. 1991-2002-ci ildə Beyləqan rayonunda orta məktəbdə təhsil almışdır.
2002-2006-cı illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin bakalavr pilləsini bitirmişdir. 2006-2008-ci illərdə ADİU-nin magistraturasını bitirmişdir. 2011-2014-cü illərdə ADİU-nin əyani doktoranturasını bitirmişdir.
2007-2014-cü illərdə ADİU-nin İqtisadiyyatın tənzimlənməsi kafedrasının saat-hesabı müəllimi işləmişdir.
2007-2014-cü illərdə ADİU-nin Hazırlıq Fakültəsində Magistraturaya hazırlığın təşkilində yaxından iştirak etmiş, bu sahədə TQDK-nın keçirdiyi magistraturaya qəbul imtahanının I mərhələsində məntiq, II mərhələsində MBA proqramı üzrə GMAT və riyaziyyat fənnlərini tədris etmişdir. Eyni zamanda test suallarının hazırlanmasında və TQDK-nın seminarlarında fəal iştirak etmişdir.
2014-cü ildən Hazırlıq şöbəsinin müdiridir.
10-dan artıq elmi əsəri Azərbaycanda, Rusiyada, Gürcüstanda nəşr olunmuşdur.
Ailəlidir, bir övladı var.