Vebinarda Türkiyə universitetlərindən aparıcı mütəxəssislər Dördüncü sənaye inqilabı dövründə Türkiyənin qabaqcıl akademik kitabxanalarının fəaliyyəti, kitabxana proseslərində yeni texnoloji həllər, beynəlxalq məlumat bazaları və onların kitabxanalar arasında ortaq istifadəsi məsələləri, kitabxanalarda bibliometrik və elmmetrik tədqiqatlar, yeni kitabxana xidmətlərinin tətbiqi və digər maraqlı mövzularla çıxış edəcəklər. Tədbir Zoom proqramı üzərindən yayımlanacaq.
Vebinarı UNEC-in rəsmi Facebook səhifəsində və Youtube kanalında izləyə bilərsiniz.