İyulun 15-də Avropa İttifaqının Azərbaycan üçün Fəaliyyət Proqramı çərçivəsində həyata keçirilən “Regionların inkişafına dəstək Qrant Proqramı”nın Maliyyələşdirmə Sazişi çərçivəsində Avropa Komissiyasının qiymətləndirmə missiyası UNEC-də olub.
Görüşdə Avropa Komissiyasının regional inkişaf üzrə eksperti Mark Le Seelleur və İqtisadiyyat və Sənaye Nazirliyinin nümayəndələri iştirak edib. Görüş zamanı UNEC-in nəzdində fəaliyyət göstərən İnnovativ Biznes İnkubatorun fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək perspektivləri müzakirə edilib.
Avropalı ekspertlər İnnovativ Biznes İnkubatorun fəaliyyətini müsbət qiymətləndiriblər. Onun Azərbaycanın innovativ iqtisadiyyatının inkişafındakı əhəmiyyətini qeyd edərək, belə layihələrin ölkənin digər universitetləri arasında yayılmasının vacibliyini vurğulayıblar.