Seçim turunda 80 nəfərə yaxın tələbə test imtahanı verib və onlardan 20 nəfəri final mərhələsində iştirak etmək hüququ qazanıb. Qaliblərdən 13 nəfər Maliyyə və Mühasibat Fakültəsinin, 4 nəfər SABAH Mərkəzinin, 2 nəfər Beynəlxalq İqtisadiyyat Məktəbinin, 1 nəfər isə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin tələbəsidir.
Olimpiadanın yekun turu noyabrın 28-də keçiriləcək.
“Dövlət maliyyəsi və dövlət sektorunda audit” mövzusu üzrə olimpiadada ilk 3 yeri qazanmış tələbələr Hesablama Palatası tərəfindən mükafatlandırılacaqlar və sertifikatlar əldə edəcəklər.
*
https://news.unec.edu.az/xeber/105-telebe/10898-dovlet-maliyyesi-ve-dovlet-sektorunda-audit-movzusunda-olimpiadanin-finalchilari-achiglanib