Avqustun 21-də Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru dos. Şahin Bayramov ABŞ-ın Pensilvaniya Dövlət Universitetində “Humphrey Proqramı: səbəblər və gözləntilər” mövzusunda geniş təqdimatla çıxış edib. O, UNEC haqqında ətraflı məlumat verib, universitetin beynəlxalq əlaqələrindən bəhs edib və ali təhsil sahəsində kadr potensialının inkişafı baxımından Humphrey Proqramından gözləntilər barədə danışıb.
Sonda təqdimatda iştirak edənlərin Azərbaycan, onun tarixi, ali təhsil sistemi və milli iqtisadiyyatı barədə sualları cavablandırılıb.