Bu vəzifəni UNEC-in gənc müəllimi, iqtisadiyyat üzrə fəlsəfə doktoru Maral Camalova icra edəcək.
O, UNEC-də “Biznesin təşkili və idarə edilməsi” ixtisası üzrə bakalavr, Azərbaycan Texniki Universitetində “Strateji İdareetmə” istiqaməti üzrə magistr təhsili alıb.
Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Macarıstanda “Menecment və Biznesin İdarə Olunması” istiqaməti üzrə fəlsəfə doktoru proqramını yüksək nəticə ilə (97%) müdafiə edib.
2023-cü ildən UNEC-in elmlər doktoru proqramı üzrə doktorantıdır. Eyni zamanda “Biznesin idarə edilməsi” kafedrasının müəllimidir.
Scopus platformasında 10-dan çox elmi məqaləsi dərc olunub.
*
https://news.unec.edu.az/xeber/133-muellim/11145-unec-genc-alimler-shurasina-yeni-sedr-teyin-olunub