UNEC-in “Biznesin idarə edilməsi” kafedrasının baş müəllimi Şəhla Qəhrəmanova İnsan Resurslarının idarə edilməsi üzrə dünyanın ən nüfuzlu sertifikatlaşdırma təşkilatı olan “HR Certification Institute”nun (HRCR) SPHRi™ (İnsan Resursları üzrə beynəlxalq dərəcəli yüksək ixtisaslı mütəxəssis) sertifikatını qazanıb.
Şəhla xanım UNEC Biznes Məktəbində “Biznes etikası və korporativ idarəetmə”, “Korporativ sosial məsuliyyət” və “İnsan resurslarının idarə olunması” ilə bağlı fənləri tədris edir.
*
https://news.unec.edu.az/xeber/133-muellim/11212-unec-in-muellimi-beynelxalg-hr-sertifikati-gazanib