Bakı Fond Birjası Bilik Mübadiləsi proqramı çərçivəsində tələbələrin qiymətli kağızlar bazarına marağının artırılması və savadlı kadrların yetişdirilməsini təşviq məqsədi ilə UNEC tələbələri arasında GƏNC İNVESTOR keys müsabiqəsini elan edir!
Müsabiqənin tələbləri nələrdir ?
Müsabiqəyə qoşulmaq istəyən tələbələr verilmiş keysi analiz etməli və analizin nəticəsi olaraq yazılı esse təqdim etməlidirlər. Keys tələbələrdən maliyyə vəziyyəti ilə əlaqədar çətinliklə üzləşən böyük bir şirkətin qiymətli kağızlar bazarı vasitəsilə maliyyələşməsi probleminə həll yolu təklif etməyi tələb edir.
Keys materialları özündə real bir şirkətin cari və keçmiş fəaliyyəti haqqında mühüm məlumatları, eləcə də onun maliyyə hesabatlarını əks etdirir və yarışma elan olunan gün qeydiyyat zamanı istifadə olunan email ünvanlarına göndəriləcəkdir.
Müsabiqədə kimlər iştirak edə bilər ?
Azərbaycan Dövlət İqtisad Universitetinin bütün fakültələrinin 2-ci, 3-cü və 4-cü kurs tələbələri
Qaliblər necə mükafatlandırılacaq?
Göstərilən şərtlər üzrə maksimum bal toplamış ilk 3 yerin qalibi aşağıdakı şəkildə mükafatlandırlacaqdır:
I YER 800 AZN
II YER 400 AZN
III YER 300 AZN
Müsabiqənin ilkin vaxt cədvəli aşağıdakı kimidir:
Qeydiyyat müddəti 30 sentyabr 2015-ci il tarixinədək
Təqdimat tədbiri 30 sentyabr 2015-ci il
Esselərin qəbul edilməsi 01 oktyabr 2015-ci il tarixindən – 26 oktyabr 2015-ci il tarixinədək
Mükafatlandırma tədbiri 10 noyabr 2015-ci il
Müsabiqədə necə iştirak etməli ?
Müsabiqədə iştirak etməyə iddialı olan tələbələr [email protected] ünvanına email yazaraq (Ad, soyad, ata adı, fakultə,ixtisas, kurs, əlaqə nömrəsi) 30 sentyabr 2015-ci il tarixinədək qeydiyyatdan keçməlidirlər. Diqqət: Yarışma keysi Sizə qeydiyyatdan keçərkən istifadə etdiyiniz email ünvanına yarışma başlandığı tarixdə göndəriləcəkdir!
Daha ətraflı məlumat üçün http://bfb.az/musabiqe linkinə daxil olun.