Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə IV Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası keçirilib. Bakı İdman Sarayında baş tutan sərgi-yarmarkada 100 yerli, 30 xarici olmaqla ümumilikdə 30 ölkəni təmsil edən kitabxana, çap və poliqrafiya müəssisələri, o cümlədən çap işi ilə məşğul olan qurumların təmsilçiləri iştirak edib.
Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) sərgidə son illərdə nəşr etdirdiyi dərslik, dərs vəsaitləri, monoqrafiyavə jurnallar nümayiş etdirib. UNEC-in Elm şöbəsinin əməkdaşları sərgi ziyarətçilərinə nəşrlər barədə ətraflı məlumat verib. Elektron dərs vəsaitləri ziyarətçilər arasında böyük marağa səbəb olub.
Sərgi sentyabrın 18-dək davam edəcək.