Sentyabrın 29-da Türk Standartları İnstitutunun auditorları Mücahit Gürler və Namiq Həsənov Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Keyfiyyəti İdarəetmə Sisteminin auditinin həyata keçirilməsinə başlanılıb.
ISO 9001:2008 KİS layihəsi çərçivəsində 2012-2015-ci illəri əhatə edəcək audit prosesi üç gün davam edəcək. Bu müddətdə ISO standartlarına uyğun olaraq UNEC-də keyfiyyəti idarəetmə sisteminin təkmilləşdirilməsi, bütün struktur bölmələri, mərkəzləri, fakültələri və kafedraları üzrə keyfiyyəti idarəetmə sisteminin icra sənədlərinin auditi həyata keçiriləcək. Yekun olaraq ISO 9001:2008 KİS üzrə universitetə verilən beynəlxalq sertifikatın müddətinin uzadılması məsələsinə dair qərar veriləcək.
Qeyd edək ki, UNEC ilk dövlət universitetidir ki, ISO 9001:2008 KİS üzrə beynəlxalq sertifikatına layiq görülüb.