Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Bank işi” kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor Zahid Fərrux Məmmədov – Rusiya Federasiyasının və dünya iqtisad məktəbialimlərinin elmi konsolidasiyasını təmin edən təşkilat – “Yeni İqtisadi Assosiasiya”nın («Новая экономическая ассоциация») üzvü seçilıb.
2009-cu ildə akademik, elmi-tədqiqat institutunun, tədris mərkəzinin və müəssisəsinin iştirakı ilə təsis edilən assosiasiya müxtəlif elmi məktəblərə və istiqamətlərə mənsub iqtisadçı alimləri birləşdirmək, akademik institutlar, tədris müəssisələri və iqtisadi tədqiqat mərkəzləri arasında əlaqələri möhkəmləndirmək məqsədi güdür.
Assosiasiya gənc iqtisadçıların dəstəklənməsinə yönəldilən tematik konfranslar, seminarlar, “dəyirmi masa”lar təşkil edir. YİA-nın müxtəlif ölkələrdən olan 633 üzvü beynəlxalq assosiasiyaların işində və beynəlxalq tədqiqat layihələrində iştirak edir. Assosiasiya nüfuzlu elmi nəşrlərdən olan “Yeni iqtisadi assosiasiya” adlı jurnal dərc edir.