Belarusun paytaxtı Minsk şəhərində “Avropa İncoNet” layihəsi tərəfdaşlarının konfransı keçirilib. İki gün davam edən konfransın əsas mövzusu alternativ və bərpa olunan enerji mənbələri olub. Azərbaycan Dövlət İqtisad Universitetini (UNEC) tədbirdə Texnologiya Transfer Mərkəzinin direktoru Aydın Hüseynov təmsil edib.
A.Hüseynov konfransda Azərbaycan Respublikası Alternativ və Bərpa olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi ilə birgə hazırladığı məruzə ilə çıxış edib. UNEC-lə Belarus Dövlət Texnologiya Universitetinin Texnologiya Transfer Mərkəzləri ilə birgəəməkdaşlıq məsələləri müzakirə edilib.
Səfər çərçivəsində Belarus Dövlət Texnologiya Universitetinin fiziki və kimyəvi tədqiqat metodları mərkəzinin laboratoriyaları ilə tanışlıq olub.